
Yeni Zelandiyada məscidlərə hücum edən zamanı istifadə edilən silahların üzərində müxtəlif yazı və rəqəmlərin olduğu görünür.
Yeniavaz.com “Habertürk” saytına istinadla həmin yazı və rəqəmlərin nədən ibarət olduğunu təqdim edir.
Yanoş Hunyadi: 1440-cı ildə Osmanlı Sultanı II Murada qarşı Belqrad mühasirəsi zamanı dirənən macar komandiridir. Öz dövründə Osmanlı və bolqarlara qarşı mübarizə aparıb. Osmanlıya qarşı hücumlar təşkil edərək 1441-ci ildə Mezid Beyi öldürmüşdü. Böyük xaçlı ordusu yığaraq Osmanlıya qarşı mübarizə etməyə çalışıb.
1683 (II Vyana mühasirəsi): 1683-cü ildə IV Mehmet dövründə Merzifonlu Mustafa Paşa tərəfindən Avstriya İmperiyasına qarşı təşkil edilən və uğursuzluqla nəticələnən mühasirəydi. Mühasirənin ardından uğursuzluğun günahkarı kimi Kara Mustafa Paşa edam edilmişdi.
Miloş Obiliç: Osmanlı padşahı Sultan I Muradı 1389-cu ildə I Kosova savaşında arxadan xəncərlə öldürüb. Osmanlı tərəfindən qələbə ilə yekunlaşan savaşın ardından Sultan I Murad ərazini gəzərkən yaralı olan serb Miloş Obiliç tərəfindən öldürülüb.
1189 (III səlib yürüşü): Səlahəddin Əyyubi Qüdsü xaçlıların əlindən aldıqdan sonra Avropada yeni səlib yürüşü təşkil edildi. İngiltərə Kralı Şir ürəkli Riçard Qüdsü almaq üçün Səlahəddin Əyyubi ilə savaşdı, ancaq uğur qazana bilmədi.
Turkofagos: Hücum edənin silahının üzərinə böyük hərflərlə “Turkofagos”, yəni “türk yeyən və ya öldürən” sözü yazılıb.
Aleksandr Bissonette: 2017-ci ildə Kanadada bir məscidə girərək silahlı hücum təşkil edib. 6 nəfəri öldürdüyünə görə ömürlük həbs cəzası alıb.
Çarls Martel: Fransız general Çarlz Martel 732-cü ildə Əndəlüs Əməvilərinə qarşı savaşıb və onları dayandırmışdı.
Antonio Braqadin: XVI əsrdə Kipr Osmanlı tərəfindən fəth edildiyi zaman Lala Mustafa Paşaya qarşı müqavimət göstərib. Əsirləri öldürməmək üçün imzalanan Maqosa sazişinə əməl etmədiyinə görə Lala Mustafa Paşa tərəfindən dərisi soyulub.
Anton Landin Pettersson: İsveçdə “Star Wars” maskası taxaraq məktəbə girərək əlindəki qılıçla 2 miqrant uşağı öldürmüşdü.