Yerkökünün ziyanı da varmış - XƏBƏRİNİZ OLSUN


Yerkökü hamının mətbəxindən əskik olmayan, yeməklərdə, salatlarda, turşularda sevərək istifadə etdiyimiz, çiy şəkildə yediyimiz və ya şirəsini içdiyimiz tərəvəzdir. Onun sağlamlığa nə qədər faydalı olduğu məlumdur. Tərkibində yüksək səviyyədə olan beta karoten orqanizmdə A vitamininə çevrilir. Bəs heç bilirsinizmi ki, yerkökünün sağlamlığa yan təsirləri də var?

Yerkökü mükəmməl tərəvəzdir və ümumi qidalanmaya daxil edilməlidir. Lakin həddindən artıq yeyildikdə bəzi yan təsirləri ola bilər.

Yeniavaz.com e-tibb.az-a istinadən həmin yan təsirlər haqqında məlumatı təqdim edir.

Uşaqlara az verin

Bəzi tədqiqatlar göstərib ki, yerkökü azyaşlı uşaqlar üçün təhlükəsiz tərəvəz sayılmır. Ona görə də uşaqlara bir neçə kiçik dilim vermək vacibdir.

Allergiya yarada bilər

Yerkökünün tərkibindəki allergenler çiyələk, kartof, fındıq və xardalın tərkiindəki allergenlərə bənzəyir. Əgər bu tərəvəzlərdən hər hansı birinə qarşı allergiyanız varsa, yerkökü yeyərkən də diqqətli olun.

Dərinin rəngi dəyişir

Həddən artıq yeyildikdə dəridə anormal sarı-narıncı rəngə səbəb ola bilər. Dəridəki bu rəng dəyişikliyinə ovuc içi, əl, üz və dabanda rastlana bilər. Buna səbəb yerkökünün tərkibindəki beta karotendir.

Tərkibində pestisidlər var

Araşdırmalar göstərib ki, yerkökünün tərkibində 26 pestisid vurulur. 26 pestisiddən 8-i  xərçəngə səbəb ola biləcək tərkibə malikdir. Odur ki, pestisidləri orqanizminizdən uzaq tutmaq istəyirsinizsə, yerkökünü az yeməlisiniz.

Uşaq əmizdirən qadınlar yeməsin

Yerkökü orqanizm üçün çox vacib olan vitamin və minerallarla zəngindir. Lakin aparılan tədqiqatlar yerkökünün ana südünün dadını dəyişidirdiyini sübut edib. Ona görə də uşaq əmizdirən qadınlar yerkökü az yeməli, şirəsini içməməlidir.

DİGƏR XƏBƏRLƏR

Top