Əri tərəfindən bıçaqlanan qadın şikayətçi olmadı - HÖKM OXUNDU


Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə iclasının davamında şahid qismində zərərçəkmiş şəxsin dayısı oğlu Nəsirli Nizam dindirirlib.
Yeniavaz.com xəbər verir ki, N.Nəsirli hadisə zamanı evdə yatdığını bildirib. Qeyd edib ki, zerərçəkmişin kiçik qızı onu yuxudan oyadıb ve beləcə o bibisi qızını mətbəxdə yaralı vəziyyətdə tapıb. Daha sonra təcili yardıma zəng edərək onu xəstəxanaya aparıb. 
Daha sonra zərərçəkmiş şəxs dinlənilib. O, həyat yoldaşının əfv edilməsini istəyib. 
Dövlət ittihamçısı təqsirləndirilən şəxs üçün 11 il 3 ay həbs tələb edib.
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə 11 il 3 ay hökm oxunub. 
Qeyd edək ki, hadisə ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətlər yetirib.
Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub. A.Hətəmovanın həyatını xilas etmək mümkün olub. 
R.Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis idarəsinin 19-cu polis bölməsinə gedərək təslim olub. 
Məlumata görə, o, həyat yoldaşı A.Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb. Cütlüyün 2 uşağı var.

DİGƏR XƏBƏRLƏR

Top