SSRİ zamanında "oboy" vurarkən divarlara niyə qəzet yapışdırırdılar? - Maraqlı tarix


SSRİ-i zamanında divar kağızları ("oboy") əksər hallarda divarlara birbaşa vurulmurdu. Əvvəlcə divara qəzet səhifələri yapışdırılır, daha sonra isə onun üzərinə "oboy" vurulurdu.  Yaşlı və ortayaşlı insanların yaxşı xatırladığı bu mənzərə barədə yəqin ki, gənc nəsil məlumatsızdır. Yeniavaz.com xəbər verir ki, "oboy"ların bu üsulla vurulması ötən əsrin 80-ci illərində daha çox yayılıb.
SSRİ-i zamanında bu üsulla divarlara "oboy" çəkən ustaların dediyinə görə, o zamanlar mənzillərin divarlarına suvaq vurularkən daha çox gipsdən istifadə olunurmuş. Belə divarlara isə "oboy" yapışdırmaq çətin olurmuş. Eyni zamanda o dövürdə indi istifadə olunan hazır yapşdırıcı kleylər demək olar ki, olmayıb. İnsanların böyük əksəriyyəti nişastadan yapışdırıcı hazırlayıblar. Bu yapışdırıcılar isə gips üzərinə vurulan "oboy"ları uzun müddət saxlamırmış. Lakin, qəzet kağızları daha yüngül olduğu üçün onu divara daha möhkəm yapışdırmaq olurmuş. Səthi qəzet kağızları ilə örtülən divarlara isə "oboy"lar daha rahat yapışdırılıb.
Ustaların dediyinə görə, qəzet kağızı eyni zamanda divardakı əyriləri düzəltmək üçün əla vasitə olub. Belə ki, divardakı çökək hissələri digər hissələrlə bərabərləşdirmək üçün bir-neçə qat qəzet səhifəsi yapışdırılıb.  
Onu da qeyd edək ki, "oboy" vurarkən divarlara qəzet yapışdırılmasının mənfi tərəfləri də olub. Belə ki, mənzilini yenidən təmir etirmək istəyənlər üçün divarlardakı köhnə "oboy"ları sökmək əsl başağrısına çevrilirdi.
 

DİGƏR XƏBƏRLƏR

Top