Bu yazı emosional halda yazıldığından peşəkarlıqla uzlaşmayan ifadələrə yol verə bilərəm. Buna görə öncədən oxuculardan üzr istəyir, bir qəzet yazarının diplomat olmadığını nəzərə almalarını xahiş edirəm.
2 il 8 ay bundan əvvəl Azərbaycan torpağında 27 illik fasilədən sonra yad bir ordu peyda oldu. Bu, bizə çox yaxşı tanış olan, 100 il əvvəl (1920-ci ildə) Azərbaycanı işğal eləyən rus ordusunun kiçik bir qrupu idi. Yüz il əvvəl bizə “azadlıq” gətirən ordu, bu dəfə təzə libas geyinib – “sülhməramlı” libası.
Biz 71 il bu “azadlıqsevərlərin” dadı ilə yaşamışıq, onun nə olduğunu öyrənmişik. İndi də gəlin “sülhməramlılığın” dadına baxaq.
Rus ordusunun torpağımıza ikinci gəlişi də birinci kimi qanunsuz oldu. Belə ki, ölkəyə yad ordunun gəlməsi mütləq parlament tərəfindən ratifikasiya olunduqdan sonra mümkün olmalıdır. Başqa mövzu olduğuna görə bu məsələnin incəliklərinə varmaq istəmirəm. Tutaq ki, hər şey beynəlxalq qanunlara uyğun olub. Bu halda da “sülhməramlılar” həmin sənədin bəndlərini öz bildikləri kimi yozublar.
Məsələn, sənədin dördüncü bəndinə nəzər salaq: “...Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...”. Bu o deməkdir ki, Azərbaycan ərazisini işğal altında saxlayan silahlılar hansı ərazini boşaldacaqsa, həmin ərazidə onların əvəzinə “sülhməramlılar” yerləşdiriləcək.
Bəs fakt nə deyir? Faktiki olaraq, bəyanatın imzalanmasından 2-3 saat sonra “sülhməramlılar” Laçın dəhlizi də daxil olmaqla onların müvəqqəti nəzarətinə veriləcək ərazilərin hamısını bir anda “işğal” etdilər.
Deməli, “sülhməramlıların” məqsədi iki millətin nümayəndələri arasında sülh yaratmaq deyil, bu əraziləri “işğal” etmək imiş.
“Sülhməramlılar” bəyanatın təkcə 4-cü bəndinə əməl etsəydilər, Qarabağa çoxdan sülh gəlmiş olardı. Belə ki, erməni silahlıları hansı ərazini tərk etməyibsə, o ərazidə “sülhməramlılar” olmayacaqdı. Bu halda həmin ərazilərdə törədilən təxribatlara qarşı Azərbaycan tərəfi istədiyi əməliyyatı keçirib separatçılığı ləğv edəcəkdi. Əslində “sülhməramlıların” olmadığı ərazilərdə separatçılar təxribat törətməyə belə cəsarət edə bilməzdilər.
“Sülhməramlılar” bəyanatın bəndlərini yerinə yetrmək əvəzinə noyabrın 10-dan başlayaraq Qarabağa erməni daşımağa başladılar. O vaxt ermənilər belə başa düşdülər ki, rus ordusu onları qorumağa gəlib, ona görə Qarabağa qayıtmağa razı oldular. Axı bu kontingentin işi əhali məskunlaşdırmaq deyil, ərazidə mövcud olan sakinlər arasında sülh yaratmaqdır. “Sülhməramlılar” öz missiyası ilə məşğul olsaydılar, inanmıram ki, Qarabağı tərk etmiş ermənilər yenidən ora qayıdardılar.
Müharibə daha 2-3 gün davam etsəydi, Xankəndi də azad olacaqdı, Qarabağda separatçı qalmayacaqdı. Putini ən çox qorxudan da bu idi. O, sülh üçün deyil, separatizmin ləğvinin qarşısını almaq üçün “atəşkəs” təşəbbüsünü ortaya atdı.
İndi Rusiya Qarabağ ermənilərinin status məsələsini sülh naminə qeyri-müəyyən müddətə təxirə salmağı təklif edir. Bu təklif Rusiyanın sülhpərvər və ya ermənipərəst olmasına dəlalət eləmir.
Əgər biz bu gün sülh naminə Xankəndi və Ağdərəni verməklə “Artsaxın” müstəqilliyini tanıyacağımızı bəyan etsək, elə bilirsiniz, Rusiya sevinəcək? Xeyr.
O anda Şuşanı və Laçını istəyən yeni bir Vardanyan tapılacaq. Biz onun istəyini də yerinə yetirməyə razı olsaq, onda da Moskvadan Bakıya şuşalı və ya laçınlı bir professor, ya da milyarder Məmməd ezam olunacaq ki, “torpaqdan pay olmaz” desin.
“Bu əraziləri nəzarətdə saxlamaq üçün mümkün olan hər şey edilməlidir. Yüzminlərlə erməni və ya azərbaycanlının həyatı bahasına da olsa, burada qalmalıyıq” - indiki “sülhməramlıların” məramı budur.
Müəllifin fikirləri öz mövqeyini əks etdirir