Bu il Aprel ayının 1-i günü axşam saatları idi. Dostlarla sözləşmişdik ki, axşam vaxtı oturub bir yerdə çay içək, söhbətləşək... Aprelin 2-si yəni sabahı günü isə Ramazan ayının birinci orucunu tutacaqdıq. Sanki elə həmin günü axşam məsciddə təravih namazının başladığını unutmuşduq. Əslində o qədər də gec sayılmazdı. Sumqayıtdan Ceyranbatanda məscidə təravih namazına çatacaq qədər vaxtımız vardı. Belə olan halda çay içmə sevdamız bir anda məscidə yönəldi. Axı o gün birinci təravih qılınacaqdı.
Rəcəb və Şaban ayları Ramazan ayının xəbərçisi olduğu kimi qılınan ilk təravih də artıq oruc ayı Ramazanın gəldiyini xəbər verirdi. Pandemiya şəraitindən sonra məscidlərdə say məhdudiyyəti yenicə aradan qaldırılmış, o gün və o saat üçün ən karlı iş məsciddə camaatla yatsı və təravih namazına iştirak etmək olmuşdu. Biz də belə etdik...
Məscidə gəlib çatmışdıq. İmam yatsı namazına başlamışdı... Məsciddən həyətə dolub-daşan camaat, oxunan gözəl "Quran" tilavəti insanı bir anda Ramazan ab-havasına büründürürdü. Məscid Allahın (c.c) evi, biz də Rəhman olan Allahın (c.c) qonaqları (Duyufur-Rahmən) olmuşduq.
Hər bir peşənin özünə xas xüsusiyyəti, qayda qanunları vardır. Hər birimiz ayrı-ayrılıqda bu xüsusiyyətlərə sahib olduğumuz üçün kimimiz müəllim, həkim, mühəndis və s. oluruq. Eynilə möminlik peşəsinə yiyələnmək, möminlik peşəsinin əsl sahibi olmaq üçün də xüsusiyyətlər, bir sıra şərtlər var. Əslində Ramazan ayına və oruc ibadətinə də bu aspektdən baxa bilərik... Ramazan ayının fəzilətindən, orucun hikmətlərindən, faydalarından, fərdi və sosial həyatdakı təsirlərindən danışa bilərik...
Ancaq hər şeydən əlavə Ramazan ayı və bu ayda tutulan oruclar, edilən ibadətlər əvvəla möminlik peşəsinin xüsusiyyətidir. Bizlər, həmçinin bütün müsəlmanlar Ramazan orucunu məhz bu ülvi peşənin xüsusiyyəti olduğu üçün icra edirik. Bu mənada oruc, namaz və s. kimi ibadətləri hikmət və faydasına görə deyil, məhz vəzifəmiz, möminlik peşənin xüsusiyyəti olduğu üçün yerinə yetirməliyik.
Bəli, Ramazan oruc ayıdır. Ancaq sadəcə bundan ibarət deyil. Ramazan ayı həm də "Quran" ayıdır. Ramazan müqabilə oxumaq, Quranı ən azı bir dəfə xətm etmək (başdan sona oxumaq), bizə göndərilən ilahi buyruqları anlamağa, yaşamağa çalışmaq ayıdır. Ramazan ayı orucluya iftar etdirmək, süfrə açıb oruclunu dəvət etmək ayıdır. Ramazan nəfslə mübarizə, nəfsi tərbiyələndirmə ayıdır. Ramazan sahur yeməyinə qalxma ayıdır. Ramazan hər gecə məsciddə vəya evdə camaat halında təravih namazı qılma ayıdır. Ramazan ayı Qədr gecəsini ihya etmə (səhərə qədər ibadətlə məşğul olma) ayıdır. Ramazan ayı bayramlaşa bilməyən fəqirlərə, yoxsullara əl tutma, fitrə ibadətini yerinə yetirmə ayıdır. Bir sözlə Ramazan ayı yenilənmə, Allaha (c.c) bəndə, Peyğəmbərə (s.ə.s) ümmət olma şüurunu dərk etmə, bu şüuru yaxalama və qoruma ayıdır.
Bu gün bayramdır... Bir ay əvvəl evimizə, obamıza qonaq gələn, bizi şərəfləndirən "Şahrullah" (Allahın ayı Ramazan) artıq bizi tərk edir. "Şərəflənmək"dən söhbət düşmüşkən bu hər insanda eyni ölçüdə cərəyan etmir. Ramazan Allaha (c.c) bəndə, Peyğəmbərə (s.ə.s) ümmət olaraq şərəflənmə ayı olduğu kimi, bu şərəfi almaq, əldə edib qazanmaq bizim əlimizdədir. Həmçinin Ramazanın bizi tərk etməsinin fərqində olmaq, bir mənada bunun hüznünü yaşamaq Ramazanı necə yaşadığımıza bağlıdır. Ramazana nə qədər bağlansaq, onu yaşamağa nə qədər çalışsaq, onun bizi tərk etməsi də bir o qədər dərin məna kəsb edəcək, bizi hüznləndirəcək. Əks halda, Ramazan da, Qədr gecələri də, bir ömür də gəlib keçər. Ancaq biz heç nəyin fərqində olmarıq. Cənab Allah (c.c) o aqibətdən hər birimizi qorusun. Ramazan bayramınız, bayramımız mübarək olsun.
Yazını Alvarlı Efe Həzrətlərinin bu misraları ilə bitirmək istəyirəm:
...
Cân bula cânânını
Bayrâm o bayrâm ola
Kul bula sultânını
Bayrâm o bayrâm ola
...
Mevlâ bizi afv ede
Gör ne güzel 'ıyd ola
Cürm ü hatâlar gide