ÜRFAN MƏMMƏDLİ

Koronovirus: vahimələr və reallıqlar

Koronovirus: vahimələr və reallıqlar

ÜRFAN MƏMMƏDLİ
Bir aydan çoxdur ki, evdə oturmuşam. Məni buna koronovirus vahiməsi məcbur edib. Biz bu virus haqqında heç nə bilmirk. KİV hansı məlumatı verirsə, ona inanırıq. İnanmağa məhkumuq. Çünki bütün dünya KİV-i eyni məlumatı verir. Yayılan məlumatlar isə vahimə doğurur.  Qeyd edim ki, bütün məlumatlar (oxu: vahimələr) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri ilə təbliğ edilir.
Gəlin vahimələrin bir qisminə baxaq:

2020-ci il, yanvarın əvvəli
  • Çində qorxunc bir virus peyda olur. Virus çox sürətlə yayılır. Uhan vilayəti blokadaya alınır.
  • Qorxunc virus İranda qeydə alınır. Yoluxanların və ölənlərin sayı durmadan artır.
  • Virus İtaliyaya keçir, xəstəxanalar iflic halına gəlir. Hətta həkimlər, yoluxan xəstələr arasında seçim etmək məcburiyyətində qalırlar: müalicəyə kimi qəbul etməli.
 
2020-ci il, mart ayı
ÜST dünyada pandemiya elan edir. Pandemiyanın mərkəzinin Çindən Avropaya keçdiyi elan edilir.
Bundan sonra, demək olar ki, dünyanın bütün dövlətləri qabaqlayıcı tədbirlərə start verir. Əhaliyə evdən çıxmamaq tövsiyə olunur. Dövlətlər bir-birinin ardınca karantin rejimləri, fövqəladə vəziyyətlər elan edirlər.
İlk günlər rəsmi xəbərlərdə təşvişə lüzum olmadığı bildirilir. Amma getdikcə rejim sərtləşdirilir, rəsmi xəbərlərdə də vahimənin dozası yüksəldilir: “Belə getsə, vəziyyət nəzarətdən çixa bilər, xəstəxanalar bəs etməyə bilər və s.”.
Bir müddət  KİV sanki əhalinin psixologiyasını pozmaq, qorxu, vahimə yaratmaq yarışına girir.
Bəs əhalini bu qədər vahiməyə salmağa əsas var idimi?
Bu suala cavab vermək üçün gəlin reallıqlara nəzər salaq.
 
Pandemiya reallığı
Epidemiya və pandemiya nədir?
Epidemiya  yaşayış yerində (ölkədə, rayonda, regionda) hər hansı infeksion xəstəliyin qısa vaxtda kütləvi şəkildə yayılmasıdır. Pandemiya isə epidemiyanın bir neçə ölkəni, qitəni və ya bütün yer kürəsini əhatə etməsi halıdır. Mütəxəssislərin bir hissəsi bu fikirdədir ki, yolxucu xəstəlik region əhalisinin ən azı 5 faizinə yayıldıqda epidemya sayılır. Bəzi mütəxəssislər isə bildirirlər ki, yolxucu xəstəliyin epidemiya halını alması üçün bu göstəricinin  1 faiz olması yetərlidir. Bütün hallarda pandemiya olması üçün öncə epidemiya olmalıdır. Bu günə qədər dünyanın heç bir ölkəsində yoluxma səviyyəsi 1 faizə çatmayıb.
 
Yoluxma reallığı
Hazırda dünya əhalisinin yalnız 0.03 faizi koronavirusa yoluxub.
 Ayrı-ayrı ölkələrə gəldikdə isə əhalisinin sayına nisbətdə ən çox yoluxma hələlik İspaniyada qeydə alınıb ki, bu da 0.42 faiz səviyyəsindədir.  Ən çox yoluxma ABŞ-da qeydə alınıb – təxminən 700 min nəfər. Bu, ABŞ əhalisinin 0.21 faizi deməkdir. Azərbaycan əhaisinin yanız  0.01 faizi koronavirusa yoluxub.
Mütəxəssislərin fikirləri ilə razılaşsaq, dünyanın heç bir ölkəsində koronavirus epidemiya səviyyəsinə çatmayıb. Epidemiya yoxdursa, pandemiyadan danışmağa dəyməz.
 
Ölüm və sağalma reallığı
Reallıqlar göstərir ki, koronovirus öldürücü deyil. Belə ki, bütün dünyada bu virusdan sağalanların sayı ölənlərin sayını dəfələrlə üstələyir. Dünya üzrə koronavirusa yoluxanların 6.85 faizi dünyasını dəyişmiş, 25.52 faizi isə sağalmışdır. Bu göstəricidə ən pis vəziyyət İtaliyadadır, amma orada da sağalanlar daha çoxdur: ölüm 13.19 faiz, sağalma 24.78 faiz.
Bu baxımdan Azərbaycanda vəziyyət çox yaxşıdır: ölüm 1.12 faiz, sağalma 39.40 faiz.
Koronavirusa yoluxanların  Çində 94.6 faizi, İranda 68.01 faizi, Avstriyada 66.53 faizi, İsveçrədə 60.57 faizi sağalıb.
Daha bir reallıq: Koronavirusa qarşı heç bir qabaqlayıcı tədbir görməyən, hətta futbol çemionatını davam etdirən Belarusda indiyə qədər bu virusa yoluxan 5000-ə yaxın adamdan 42 nəfəri ölüb, 342 nəfər isə sağalıb.
Deməli, koronavirus yayılan vahimə səviyyəsində qorxulu deyil.   
 
Qarışıq reallıq
Koronovirusun tüğyan etdiyi ölkələr karantin rejimini yumşaltamağa başlayıb. İtaliya və İspaniya kimi koronavirusa təslim olmuş ölkələr kiçik müəssisələrin yaxın günlərdə açılacağı siqnallarını verirlər.
ÜST (vahimə siyasətini davam etdirərək) karantin rejimini ləğv etmək istəyən ölkələrə xəbərdarlıq edir: hələ tezdir.
ABŞ Prezidenti Donalt Tramp ÜST-ü Çinin siyasətini dəstəkləməkdə ittiham edərək ölkəsinin bu quruma maliyyə yardımını dayandırıb.
Bu cür xəbərlərin fonunda biz də koronavirusa uyğunlaşır, əvvəlki vahimənin təsirindən çıxırıq.
Nəticə
Dünyada bir koronavirus reallığı var. Ondan qorxmamaq, amma qorunmaq lazımdır. Lap yoluxsaq belə, qorxmayaq, çünki sağalma ehtimalımız daha böyükdür. Xarakteri heç kimə bəlli olmayan bu virusdan ən yaxşı qorunmaq yolu özünütəcriddir. Bir ay əvvəl vahimədən özümü təcrid etmişdim. İndi isə karantin rejiminin tələbi ilə özümütəcridi davam etdirirəm.
Vahiməli xəbərlər davam etsə də, reallıqlar göstərir ki, koronavirusun gətirdiyi qadağaların sonu yaxınlaşır.  Gəlin səbirli olub o günlərə qovuşaq.
 

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top