Mövzu bir kino kadrı kimi önümüzdə canlanır. Ancaq sual soruşan şəxsin kimliyi, üz cizgiləri və s. verilmir. Burada sual verən şəxsdən daha mühüm məqamların olduğunu görürük. Diqqət əsas məqama çəkildiyi üçün digər xırdalıqlara yer verilmir. Hadisənin cərəyan etdiyi məkanın da sadəcə bir “kənd” olduğu vurğulanır. Məkanın adı, harada yerləşməsi qeyri müəyyən qalır. Verilmək istənən mesaj o qədər mühüm və önəmli olmalıdır ki, məkan və şəxs adları önəmsiz hesab edilmişdir. Əslində belə bir üsluba Quranın bu və ya digər ayələrində də rast gəlirik.
Şəxslər və məkanlar aradan qaldırılanda bu zaman ortada sadəcə yaşanan hadisə, soruşulan sual qalır. Əsas məsələ də məhz bu sualdır. Beləcə həmin bu sual zaman və məkanı aşaraq, şəxslərə bağlı qalmadan beynəlmiləl bir mahiyyət qazanır. Bu sual hər zaman zehinlərdə gəzəcək, cavabını axtaracaqdı.
Məhz həmin suala və həmin şəxsə görə ayədə anladılan kəndə “ölmüş, ancaq ağlayanı yoxdur” misalını verə bilmirik. Axı bu kəndin bir ağlayanı var. O şəxs damları çökmüş, divarları uçmuş xaraba bir kəndin yanından keçirdi. Bir az da dərdli aşiq ədası ilə kəndin halına yanır, düşdüyü bu vəziyyətə görə köks ötürərək: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” (Bəqərə, 2/259) deyirdi. Sualın bir ucunda kəndin halına yanmaq olsa da, sualın digər ucunda ilahi iradəni sorğulama ədası hiss olunurdu.
Sualı soruşan tarixi rəvayətlərə əsasən Həzrət Üzeyir ya da başqa biri ola bilərdi. Həmçinin ayədə bildirilən yerin də rəvayətlərə əsasən Babil hökmdarı Buhtunnasrın miladdan əvvəl 597-ci ildə yıxmış olduğu Qüds şəhəri ya da başqa şəhər də ola bilər. Bu isimlər ayədə bildirilmədiyinə görə deməli burada daha mühüm başqa məqamlar var. Mühüm olan məhz o sual və cavabı idi.
Burada kafircə bir ümidsizliq deyil, mömincə bir üzüntü və kədərin dilə tökülmüş halını görürük. Bütün həyat əlamətlərinin yox edildiyi böyük bir yıxım qarşısında ümidsizliyə düşən bu şəxs Uca Yaradanın həyat vermə gücünü gözündə böyütmüş və bu sualı soruşmuşdu. Allaha inamı olsa da ölümdən sonra yenidən dirilmək məsələsi zehnini qurcalayırdı. Daha doğrusu bunun necə baş verəcəyini anlamaq, görmək istəyirdi. Məhv olmuş, yerlə-yeksan bir kəndi görəndə zehnindənki o suallar dilindən bir anda tökülmüşdü. Sualı həm də, “bu kənd bir daha nə vaxt ayağa qalxıb dirçələr, bir daha əvvəlki canlı günlərini görərmi, su gələn çaya bir daha su gələrmi?” mənalarında başa düşmək olar.
Təbiətdə də hələ bahar əlamətləri olmadan açan çiçəklərə rast gəlirik. Misal üçün novruzgülü hələ yer-göy isinmədən, ortada heç bir çiçək yox ikən başını soyuq qarların altından qaldıraraq baharın xəbərçisi olur. Bu kimi insanlar da maddi və mənəvi olaraq bir millətin, insanlığın dirilişi, yüksəlişi adına ortalıqda heç bir əlamət olmasa da gələcək günləri xəyalən yaşayır. Bu insanların dəyəri isə sonra gələnlərin vəfası ölçüsündə bilinəcək ya da vəfasızlığın qurbanı olacaqlar.
Hər millətdə az və ya çox bu kimi “erkən doğan” insanlara rast gəlirik. Baxırsan ki aradan yüz il keçir. Ancaq hələ də onun çatdığı, yaxaladığı üfqə gəlib çatan çox az insan var. Hacı Zeynəladdin Tağıyevin adını burada anmaq hər halda yerində olar… Tağıyev təhsilə, tələbə oxutmağa verdiyi önəmlə bir kəndin, bir xalqın necə “diriləcəyinin” yolunu ta keçən əsrin əvvəlindən tapmışdı.
Burada adının mənası “erkən doğulan” olan Həzrət Xədicəni də qeyd edək. İslam tarixini dərindən araşdıranlar qeyd edirlər ki, Həzrət Xədicə İslamın gözəl günlərini görmədən çox erkan vaxtda bu həqiqətlərə oyanmışdı. O ən sıxıntılı günlərdə, hələ müsəlmanların sayı iki əlin barmaqları qədər olanda bütün gücünü, sərvətini bu yolda tükətmişdi. O həm Peyğəmbərin (s.ə.s) həyat yoldaşı həm də bu davanın ən öndəki maddi və mənəvi dəstəkçisi idi.