Gəlin onların külfət olaraq gördüyü nemətlərə nəzər salaq… Səba əhlinin yurdu ilə dövrün digər şəhər və mədəniyyət mərkəzləri arasında bir-birinə bitişik abad qəsəbələr inşa edilmiş, gediş-gəlişlər olduqca asan hala gətirilmişdi. Belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində yatıb dincəlirdilər. Gecələri-gündüzləri istədikləri vaxt bu şəhər və qəsəbələr arasında arxayın gəzib-dolanır, ticarətlə məşğul olurdular.
Ayədə keçən: “Bir-birinə bitişik (abad) qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq” (Səbə, 34/18) ifadələri bu məqamlardan bəhs edir. Bu qəsəbələrin birindən səhərçağı yola çıxan bir şəxs qaranlıq çökmədən bir sonrakı qəsəbəyə çata bilirdi. Bu bölgədəki səyahətlər müəyyən məsafələrə bölünmüş, təhlükədən uzaq və etibarlı hala gətirilmişdi. Rəvayətə görə Yəməndən Şama qədər olan bu qəsəbələrin sayı dörd min yeddi yüzə çatırdı. Həmçinin qəsəbələr arasındakı məsafə qısa olduğu üçün yol azuqəsi daşımağa da ehtiyac duyulmurdu. Əslində bütün bu sadalananlar müəyyən bir mədəniyyət səviyyəsindən xəbər verirdi.
Aradan keçən bir neçə min illiyin olmasına baxmayaraq günümüzdə də insanlar maşınlarla səyahət edəndə yol kənarlarında ayaq saxlayaraq dincələcək, yemək yeyəcək gözəl yerlər axtarır. Halbuki Səbə xalqı bu kimi ehtiyacları, məsələləri hələ miladdan əvvəl həll etmişdilər.
Lakin onlar bu nemətləri bir külfət kimi görməyə başladılar. Quranın ifadəsi ilə artıq “səfərlərinin arasındakı məsafənin uzaq olmasını” (Səbə, 34/19) istədilər. İşin qəribə yanı da elə burada idi. Rahat yolçuluq etməkdənsə yanında su və azuqə daşıyaraq, həm qorxu, həm də isti günün altında zəhmətli yolçuluqlara rəğbət saldılar.
Ayədə xəbər verilən: “Ey Rəbbimiz! Səfərlərimizin arasındakı məsafəni uzaq et!” istəklərinin mənası Şam bölgəsi ilə aralarında çöllərin olması idi. Onlar uzun yol hazırlıqları edərək səyahətə çıxmaq arzusuna düşmüşdülər.
Yolları üzərində planlı şəkildə qurulmuş qəsəbələr və kəndlərdən səhər birinə, axşam da digərinə getdikləri üçün bir dəfədə daha uzaq məsafələri qət edə bilmirdilər. “Məsafələrimizi uzaq et” demələrinin səbəbi bu idi. Ancaq səhrada hərəkət etsələr daha uzun mənzilli yol qət edə biləcəkdilər. Əslində bu istək fitrətə tərs idi. Çünki bunun reallaşması üçün var olan mədəniyyət səviyyəsindən vaz keçmək gərəkirdi. Bu da çöküş demək idi.
Onlar elə bir şey istəyirdilər ki, bunun mənası viranə şəhərlər, viranə qəsəbələr, susuzluq və çöl həyatı demək idi. Onlar əslində öz ağızları ilə pərən-pərən olmağı, dağılıb getməyi istəmişdilər. Onlar daha üst səviyyəyə çatmaq və bu nemətlərdən daha yaxşı istifadə etməyi deyil, daha aşağı bir mədəniyyət səviyyəsini tərcih edirdilər. Onların bu gedişatı Quranda “kəfəru” feli ilə, yəni “nankorluq etdilər” (Səbə, 34/17) şəklində təsvir edir.
Bir insan nemətə qarşı nankor olanda həmin neməti qorumaq, ona sahib çıxmaq kimi şeylər ağıla gəlmir. Nəticədə isə o nemət əldən çıxıb gedir. Nemətin əsl sahibi Cənab Allah olduğu üçün bu nankorluq və qədirbilməzlik əslində o nemətin əsl sahibinə qarşı nankorluq etməkdir.
İslamın gəldiyi miladi 610-cu ildəki Məkkə və Yəsrib (Mədinə) kimi şəhərləri, bu iki şəhər arasındakı yolları Səbə xalqının çatdığı mədəniyyət səviyyəsi ilə müqayisə edəndə bu xalqın yenə də öndə olduğunu görürük. Gəl gör ki onlar neməti külfət bildikləri üçün əllərindən alınmış, tarixə qarışaraq dillərdə dolaşan bir əfsanə halına gəlmişdilər.
Əslində Səbə xalqına mənsub insanlar həmin fəlakət və çöküşdən sonra da yaşadılar. Ancaq o hadisədən sonra “Səbə” olaraq deyil, başqa-başqa oymaqlar, qollar olaraq həyatlarını davam etdirdilər. Bir xalq olaraq tarixdən silindilər. Siyər tarixində tez-tez adlarını eşitdiyimiz Mədinədəki iki ərəb qəbiləsi olan Evs və Həzrəc də Səbə xalqı pərən-pərən olub dağılandan sonra onların soyundan gələn və buraya yerləşən ərəb qəbilələri idi.
Görəsən həyatın hər bir sahəsində bizim atdığımız addımlar, gedişlər, tərcihlərimiz bizi hara aparır? Tərcihlərimiz Səbə xalqında olduğu kimi bizi geriyə, yoxsa tərəqqi və inkişafa aparır? Söhbət çölləşmədən düşmüşkən ağıla belə bir sual gələ bilər… İnsan heç məmləkətinin, kənd və şəhərlərinin səhraya, xarabalığa çevirilməsini istəyərmi? Təcrübə göstərir ki, bəli istəyər…
Günümüzdə də ağaclara, meşələrə, təbiətə qənim kəsilənləri görəndə Səbə xalqının nankorluğunu və nəticədə onların aqibətini yada sala bilərik. “Təbiət intiqam alır” deyə bir söz dillərdə gəzsə də əslində intiqam alan təbiət deyil. Onlardan intiqam alan məhz təbiəti də var edən Uca Yaradandır. Quran belə deyir: “Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?” (Səbə, 34/17) Bu qissə bizə həm də çölləşmənin, quraqlaşmanın əvvəla zehinlərdə başladığını göstərir. Zehinlərdə başlayan çölləşmə, quraqlıq, həmçinin nankorluq təbiətin və meşələrin də qurumasına, əldə olan nemətlərin bir-bir əldən çıxmasına səbəb olur.