Məkkənin əyan-əşrafı Allah Rəsulu (s.ə.s) və müsəlmanların 13 illik Məkkə dövrünü zindana çevirmişdilər. Müsəlmanlara hər cür zülmü rəva görmüş, ən sonda da Məkkədən Mədinəyə hicrətə, köç etmələrinə məcbur etmişdilər. Məsələ bununla bitməmiş Bədr, Uhud və Xəndək müharibələri bu mübarizərin fərqli formada davamı kimi İslam tarixində öz yerini almışdı. Ən sonda Hudeybiyyə andlaşması ilə tərəflər arasında on illik sülh müqaviləsi bağlansa da Məkkə müşrikləri müqavilənin şərtlərini kobudcasına pozmuş, qan axıtmışdılar. Bu hadisə Allah Rəsulu (s.ə.s) və müsəlmanların on min nəfərlik bir ordu ilə Məkkənin üzərinə getməsini vacib etmişdi.
Bu qədər böyük bir ordunun şəhərin yaxınlığına gəlib çıxması Məkkə müşrikləri üçün heç də gözəl şeylər vəd edə bilməzdi. Bir mənada burada artıq müharibə qanunlarının keçərli olduğunu gözləri ilə görür və bunu hiss edirdilər. Görəsən sabah nə baş verəcək, nələr yaşanacaqdı? Bu suallar onları düşündürürdü... Bir Peyğəmbər olmaqla yanaşı fətanət (üstün ağıl) sahibi güclü bir lider, dahi bir komandirin sərt üzü ilə qarşı-qarşıya gəlmişdilər. Hətta olacaqları seyr etmək üçün təşviş içində Məkkənin dağlarına çıxanlar da var idi. Allah Rəsulunun: “Evlərinə girənlər əmandadır, Məscidi-Hərama sığınanlar əmandadır” sözləri xalqın imdadına yetişmişdi.
Quran ayələrində sadəcə müharibə zamanı və müharibə məkanında tətbiq ediləcək əmrlər nazil olmuşdu. Şərtlər yarananda bu əmrlər də heç şübhəsiz ki icra olunacaqdı. Məkkə müşriklərinin bu ayələrdən bəlkə də xəbərləri yox idi. Ancaq gözləri ilə gördükləri ola biləcək hər şeydən xəbər verirdi. Ayədə buyurulur: “Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidi-Həram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!” (Bəqərə, 2/191).
Görəsən ayədəki hökm nə üçün bu qədər ağır və sərt idi? Bunun səbəbi nə ola bilərmi? Ya da burada hökmün sərtliyindən söhbət gedə bilərmi? Ayədə yer alan: “(Çünki) Fitnə qətldən daha şiddətlidir (Bəqərə, 2/191) ifadələri işin məğzini bizə bildirir. Müşriklərin o günə qədər müsəlmanları Həbəşistana, sonra da Mədinəyə hicrətə məcbur buraxmaları, hər daim fitnə fəsad çıxarmaları, qarşı tərəfə yaşam haqqı tanımamaları qətldən, adam öldürməkdən daha şiddətli idi.
Bir filosofa, “İnsana ölümdən daha ağır gələn bir şey varmı?” sualını verirlər. O da, “Ölümü istəməyə vəsilə olan bir bəla, ölümdən daha ağırdır” demişdir. Müsəlmanların Məkkədən zorla və hər şeyləri əllərindən alınaraq çıxarılmaları məhz ölümdən daha ağır idi. İndi isə bütün bunlar qarşılığında yalnız Məkkəyə daxil olan İslam ordusuna müqavimət göstərəcəkləri təqdirdə onların öldürülmələrinin əmri verilirdi. Onların bu günə qədər etdikləri ilə müqayisədə bu əmri daha xəfif və yumuşaq hesab etmək olar.
Unutmamaq gərəkir ki ayədə keçən: “Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün.” (Bəqərə, 2/191) əmri ümumi bir əmr deyil, yalnız müharibə şəraitindəki müəyyən zaman və məkana aid məsələdir. Bütün müşriklər müsəlman olana kimi onlarla müharibə etmək, ya da bu mənada müsəlmanların bir ömür boyu “müşrik ovuna çıxması” ayədə əmr edilməyib.
Əgər bütün kafirlərlə ya da bütün müşriklərə müharibə etmək Quranda və Peyğəmbər hədislərində tövsiyyə edilən İslami bir əmr olsaydı, elə birinci Həzrət Peyğəmbərimiz (s.ə.s) zaman və şəraitdən asılı olmayaraq bütün kafirlərlə, müşriklərlə müharibə etməsi gərəkirdi. Belə bir müharibə anlayışı nə Peyğəmbərimizin zamanında, nə də hansısa xəlifələr dövründə yaşanmamışdır.
O günə qədər qarşı tərəfdə yer alan Amr İbn As, Xalid İbn Vəlid, Əbu Süfyan kimi siyasi və hərbi dühalar çox yeni olsa da artıq İslam saflarına keçmiş, İslamı qəbul etmişdilər. Şəhərə daxil olan İslam ordusunun ciddi bir müqavimətlə qarşılaşmamasının bir səbəbi kimi bu “ağır top”ların İslam tərəfinə keçməsini göstərmək olar. Əks halda şəhərə daxil olan İslam ordusu daha şiddətli bir müqavimətlə qarşılaşa bilərdi. Peyğəmbər fərasəti, həm də imanın təmiz vicdan sahiblərini özünə cəzb etməsi bu simaları İslam saflarında birləşdirmişdi.
Həzrət Peyğəmbərimiz (s.ə.s.) tərəfindən o günə qədər ki bütün düşmənlikləri aradan qaldıran, könülləri fəth edən ümumi əfv və bağışlama əmri verilməsi Məkkə xalqının uzun illər sonra İslamı seçməsinə gətirib çıxaracaqdı. Məkkənin fəthinə gedən yoldakı hadisələrə nəzər yetirəndə bu bağışlama və ümumi əfv bizə əsl bağışlama və əsl əfv etmənin necə olacağını göstərir… Güclü ikən bağışlamaq, üstün ikən əzməmək, imkan var ikən qisas almamaq məhz əsl fəzilət budur.