Biri vardı, biri yoxdu, şirin-şirin nağıl deyən nənə-babalar, o nağıllara öz sabahı kimi baxan nəvələr vardı. O nağıllarda Cıtdan, Məlikməmməd, Göyçək Fatma, Tənbəl Əhməd, Div, Təpəgöz vardı... Nağılın sonunda mütləq göydən üç alma düşərdi...
Dünya yaman dəyişib. Hər şey bu günə və sabaha köklənib. İndi illər özündən sonra yaddaşlarda şirin nağıla dönəcək çox az iş qoyur. Əslində yeni nəsil də keçmişə boylanıb olub-keçənləri vərəqləmək istəyində deyil. Dünya qloballaşdıqca elə bil yaxşı və pis olan çox şey dəyərsizləşir. Bir vaxtlar əlçatmaz görünənlər adiləşir, gözəgörünməz kürədə əriyərək müxtəlif metalların qarışığından ibarət xəlitə kimi formalaşır. İndi analar öz körpəsinə laylay demək istəmir, qaranquşlar insanlardan ehtiyatlanaraq onların görə bilmədikləri yerlərdə yuva qurur, arılar bal hazırlamaq üçün çox uzaqlarda çiçək axtarırlar... Çünki bir vaxt işıqlı rəngləri, bulaq suyu, təmiz havası ilə nağıla bənzəyən bu dünyanın başı üzərindən neçə-neçə Demokl qılıncı asılıb- onu daim təhdid edir, hər an parçalamağa, məhv etməyə çalışır.. Yəqin buna görə dünya, insanlar daha doyunca gülə bilmir.
Biri vardı, biri yoxdu...
Daha şirin-şirin nağıl deyən o nənə-babalar, nə də onlara qulaq asmaq həvəsində olan nəvələr var. Çünki indi söylənilərin nağılların sonunda göydən alma düşəcəyinə heç kəs inanmaq istəmir. Bizim Loğman müəllim də elə bundan şikayətlənir. Çünki o, alma yeməyi çox xoşlayır. Hərə kəsə də məsləhət görür ki, gündə ən azı iki-üç alma yesin. Amma orası da var ki, indi satılan almaları yeməklə nəinki sağlamlaşmaq, əksinə adı bilinən və bilinməyən xəstəliklərə, ilk növbədə qarın ağrısına düşmək olar. Hətta üstündə emblem olan almaları yeməklə ən qorxulu xəstəliklərə düçar olmaq olar.
Bəli, dünya yamanca dəyişib. İndi hər yer bazar kimidi. Hər şey monopoliyadadı. Buna görə də babat yaşamaq üçün gərək bazar adamı olasan. Elə ki, "kruq"a düşdün, daha pula pul yox, manqır deyəcəksən. Arzuladığın çox şeylərə sahib olacaqsan. İş o yerə çatacaq ki, lap nağıllardakı kimi yaşayacaqsan. Onu da deyim ki, indi dil açmayan körpələr belə pulu tez tanıyır, ağılları kəsdikcə pulun çox şey olduğunu yəqin edirlər. Çağdaş nağılların qəhrəmanları xalqının azadlığı uğrunda nə üçbaşlı əjdaha, nə də Təpəgözlə vuruşurlar. Onlar üçün hər şey pulla ölçülür. İndi elə "fərasətli" qəhrəmanlar var ki, gündə üç-beş kasıba əl tutmaq əvəzinə, bir milyon verib ayı kəsdirib yeyirlər. Bəlkə də heç fironun oğlu bu işi görməyib. Heç nağıllarda da belə şey yoxdur.
Biri vardı, biri yoxdu...
İndi nağılları nənə və babalar yox, nəvələr uydurur. Özü də elə dəhşətlisini ki, indiyədək nə eşidilib, nə də qorxulu seriallara şəkilib. Buyur dinlə, qulaqlarını qapama: ötən həftə oğul atasını döyərək öldürüb, ana körpəsini zibilliyə ataraq qaçıb, üç uşağı olan gəlin başqa kişiyə qoşulub qaçıb, nəvə pula görə nənəsini boğaraq öldürüb... Deyin, bu nağıllardan sonra göydən üç alma düşər?
Mənə görə, belə nağıllara görə gərək göydən metroit düşsün. Çünki əsl nağılların sonluğu çox vaxt xoş ovqatla, xeyirin şər üzərində qələbəsi ilə bitir. Bu günün nağılları isə dəhşətli sonluqla.
Biri vardı, biri yoxdu...
Günümüzün açı bağırsaq kimi uzanan və dəhşətli nağıllarından biri də gündə üç öynə yeyib sağlamlaşmaq əvəzinə, özümüzü zəhərlədiyimiz ərzaqlarla bağlıdı... Bir də görürsən ki, İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları yoxlamalar zamanı ticarət nöqtələrində, bazarlarda çoxlu istifadə üçün vaxtı keçmiş, yaxud kustar üsulla hazırlanan zərərli ərzaq məhsulları, rəngli sular, spirtli içkilər müəyyən etdiklərini bildirirlər. Düşünürsən ki, yəqin sabah dükana, bazara getsən daha həmin məhsullara rast gəlməzsən. Amma səhv edirik. Heç dükana getməyə ehtiyac yoxdur. Ekran qarşısında otur, bax və dinlə, görəcəksən ki, satışı qadağan olunan məhsul gündə neçə dəfə bəh-bəhlə reklam olunur. Qalırsan məətəl. Sabah bazarlıq üçün alış-veriş mərkəzlərinə girəndə də bu təzada bir də təəccüblənirsən. Görürsən ki, adları qara siyahıya salınan ət və ət məhsulları, dondurmalar, şirniyyatlar, uşaq oyuncaqları əvvəlki qayda da alıcıya sırınır...
Biri vardı, biri yoxdu...
Bəli, dünya sürətlə dəyişir. İllər özündən sonra yaddaşlarda xoş iz sala biləcək, xatırlanacaq çox az şey qoyur. Daha nəvələrə həvəslə
nağıl danışan nənə-babalar, nə də o nağıllara qulaq asacaq nəvələr var. İndi nəvələr nənələr üçün nağıl uydurur. İndi söylənilən nağılların sonunda isə göydən üç alma düşmür. Belə getsə, daha heç vaxt göydən üç alma düşməyəcək. Düşsə, düşsə metroit düşər.
Ümumiyyətlə, daha bizə nağıl lazımdırmı?