NAZİM MUSTAFAYEV

Nələrdən zövq alırıq

Nələrdən zövq alırıq

NAZİM MUSTAFAYEV

Bu yazıda, bir adı hedonizm, başqa bir ifadə ilə həzçilik, ya da zövqçülük düşüncəsini mənəviyyatımızla muqayisəli şəkildə təqdim etməyə çalışacağıq.

Həzz və zövqə meyl etmənin insanla eyni yaşda olduğunu desək, hər halda yanılmarıq. Fəlsəfi mənada bu məhfumu ilk dəfə ortaya çıxaranın qədim Yunan mütəfəkkiri Epikur olduğu söylənir. Bu düşüncəyə görə insan həyatının yeganə hədəfi "acıdan qaçmaq və maksimum həzz almaq"dır.

Əslində Epikurun fəlsəfi səviyyədə müdafiə etdiyi acıdan qaçmaq və həyatda maksimum həzz almaq anlayışı bu gün mal və sərvət yığma hirsi, xərcləmə xəstəliyi, göstəriş, qeyri-məhdud cinsi həyat anlayışı və s. kimi şəkillərdə qarşımıza çıxır. Eyni zamanda həzçilik və hedonizm şərqdən qərbə bütün dünyada geniş kütlələri təsiri altına alaraq, insanların həzz və duyğularını təhrik edir.

Elə insanlar var ki, nəfsinin, həva və həvəsinin hər dediyini edə-edə, artıq nəfsin tanrılaşdırılmasına gətirib çıxardır. Həva və həvəsin təlqin etdiyi bütün həzz və zövqləri özünə rəhbər və yeganə qayə bilən insanlar Quran ayələrində qınanmış və belə buyurulmuşdur: “(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Furqan, 25/43); Ayrıca bax: (Casiyə, 45/23).

Hedonizm ya da həzçilik anlayışı, sosial həyatdakı zərərli nəticələri baxımından qaranlıqla odun toplayan bir şəxsin, qucağına bilmədən bir ilanı almasına bənzətmək olar. Necə ki, qaranlıqda odun toplayan bir şəxsin fərqində olmadan qucağına bir ilanı alma ehtimalı var. Bu zaman insan necə bir təhlükə ilə üzləşərsə, əslində hedonizm və həzçilik düşüncəsinin də mənəviyyatımıza görə ən az o qədər fərdlərə və cəmiyyətə təhlükəsi vardır.

Bu arada xatirimə bir hadisə düşdü… Uca dinimiz İslamın əxlaqi prinsipləri ilə uyuşmayan fəlsəfi bir görüşü, dərsin qırx dədiqəlik hissəsində obyektiv bir şəkildə tələbə yoldaşımız izah etmişdi. Ən sonda qurduğu və çox xoşuma gələn cümlələri belə idi: “Mən bu görüşü izah etdim. Ancaq bunu qəbul etdiyim və mənimsədiyim mənasına gəlməz”. Yəni biz bir çox şey bilə bilərik. Ancaq bu bildiyimiz hər şeyi qəbul etməyimiz mənasına gəlmir. Əksi halda yuxarıda keçdiyi üzrə qaranlıqda odun toplayan adamın halına düşərik…

Həzz və zövq almaq tükənən və azalan bir şeydir. Dadlı bir yemək, gözəl bir tətil, cinsəl birləşmə anı və s. kimi örnəklər tükənəndə insanlar yenilərini istəyir və nəticədə insan həzz və zövq aludəcisi halına gəlir.

Xoşbəxtlik isə ailə, evlililk, dostluq və s. varlıqlarla onlara zərər vermədən qurduğumuz mənəvi əlaqədə olduğu kimi tükənən və azalan deyil, "yaşanan" bir şeydir.

Həmçinin təbiətin gözəlliyini seyr edən bir insan, təbiəti tükətmir, yalnız ona heyran olur. İnsanların “din” və "müqəddəs" ilə olan əlaqəsini də, "gözəllik" ilə olan əlaqəsinə bənzətmək olar. Burada da tükətmə və yox etmə deyil, heyran olmaq və sevmək əsasdır.

Mənəviyyatımıza görə, dünyaya aid işlər, qırılmağa məhkum dəyərsiz şüşələr kimidir. Axirətə aid işlər isə, çox möhkəm almaz maddəsi hökmündədir. İnsanlardakı maraq duyma, sevgi və məhəbbət bəsləmə, bir şeyi ehtiras və inadla tələb etmə duyğuları, axirət həyatını qazanmaq üçün verilmişdir. Bu hisləri müvəqqəti dünya işləri üçün istifadə etmək, dəyərsiz şüşə qırıntılarını, dəyərli almaz qiymətində satın almaq mənasına gəlir.

Mənəviyyatımıza görə həzz almaq, yalnız yemək içməklə, damaq dadıyla və şəhəvi hisslərlə məhdud bir anlayış deyildir. Mənəviyyatımızda insan daha ülvi duyğular və hisslərlə də həzz ala bilər. Məsələn: Hz. Bilal (r.a): “Rəbbim Allahdır!” dediyi üçün, Məkkə müşrikləri tərəfindən sinəsinə ağır daşlar qoyulurdu. Ancaq Hz. Bilal (r.a), qayaların altında inləsə də: “Allah təkdir!” sözünü söyləyərkən həzz duyurdu.

Hz. Yusuf (a.s) peyğəmbərə Misirdə məlikin sarayında bağlı qapılar arxasında edilən təklif, bir çox gəncin bəlkədə geri çevirə bilməyəcəyi, həmçinin hedonizm və həzçilik anlayışına görə də yerinə yetilməsi gərəkən bir təklif idi. Ancaq Hz. Yusif (a.s) peyğəmbər sonunda illərcə zindan həyatı olsa belə, iffətini qorumaqdan həzz duyurdu. Səhabələrdən Hz. Əbu Talha (r.a), digər yüzlərcə səhabə kimi mal yığmaqdan həzz duymurdu. Malını, sərvətini, faydalı işlərdə xərcləməklə həzz duyurdu. Hz. Davud (a.s.) yeməkdən, içməkdən və damaq dadından həzz duymurdu, zövq almırdı. Oruc tutmaqla, nəfsinə hakim olmaqla həzz duyurdu.

Günümüzdə ülvi bir qayə üçün idealist müəllimlər, həkimlər və başqa peşə sahibləri öz ölkəsindən, öz vətənindən minlərcə kilometr uzaqda daha fəqir, daha yoxsul, məhrumiyyət diyarlarına gedərək, oralarda elm öyrədir, həkim işləyirlər. Bu insanların həzz alma anlayışını müqayisə edəsi olsaq (bu böyük bir iddia olsa da) hər halda yuxarıda sadalanan böyük insanların həyatı ilə müqayisə etməliyik. Əksinə, bu cür insanların həyatı və amalını hedonizm ya da həzçilik fikri ilə izah etmək mümkün deyil.

Bizlər nələrdən həzz duyuruq? Bizlər nələrdən zövq alırıq? Bizim zövq və həzz anlayışımız kimlərin zövq və həzz anlayışına bənzəyir? Nələrdən zövq aldığımızı bilək… Bu bizim kim olduğumuzu da ortaya qoyacaqdır.

[email protected]

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top