İmtahana görə intihar edən gəncin anası da həmin yerdən özünü atdı - TƏFƏRRÜAT - YENİLƏNİB

"Ağdamlı Faiq" canlı yayımda avtoxuliqanlıq edir - VİDEO

Nazir yeni evlənən cütlüyə soyuducu hədiyyə etdi

bazar, 22 iyul 2018
RU EN TR
EN TR RU

DÜNYA

Trampdan bəs edən kitabın satışı rekord qırır - Mağazalar boşalıb

07.01.2018 20:25

ABŞ prezidenti Donald Trampın prezidentliyinin ilk ilindən bəhs edən "Atəş və qəzəb: Tramp Ağ Evinin İçindən" adlı kitabın satışları rekord qırıb.

Kitab bazara çıxarıldığı ilk gündən ABŞ-da ən yaxşı satılan nəşrlərin siyahısına daxil edilib. Eləcə də bir çox mağazalarda artıq rəflər boşalıb.

Müəllifi Mişel Volff olan kitab Trampa yaxın 200 nəfər vəzifəli şəxsdən alınan müsahibələr əsasında yazılıb.

Kitabda xarici və daxili siyasətə, Ağ Ev-in sabiq üzvüləri ilə yaşanan münaqişələrə, Suriya böhranına, eləcə də Trampın sağlamlığına qədər bir çox mövzulara toxunulub. Bildirilir ki, ABŞ prezidenti nə düşündüyünü son ana qədər adiyyatı şəxslərə bildirmir. O eləcə də televizor seyr etməyi, hamburger yeməyi sevir.

Diqqəti çəkən isə Trampın prezident olmaq istəməməsi və seçiləcəyini gözləməməsi olub.oxu.az

Oxundu 401