Türkiyə uyğurların liderini Çinə təhvil verir

15 ildir Türkiyədə mühacirətdə olan uyğur lider Abdulkadir Yapçan Çinə təhvil verilir.

"Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, Çin hökuməti tərəfindən haqqında axtarış elan edilən Yapçan 2001-ci ildən Türkiyədə yaşayır. Bu ilin avqust ayında saxlanılan uyğur lider 40 gün həbsdə qalıb, daha sonra azad edilsə də Miqrasiya İdarəsi tərəfindən yenidən saxlanılıb. Hal-hazırda Çinə təhvil verilməsi prosesi gedir.

Şərqi Türkistan Sürgün Hökuməti Yapçanın Çinə təhvili ilə bağlı açıqlama yayıb. Açıqlamada Uyğur türklərinin dərin kədərdə və narahatlıq içində olduğu qeyd olunub: "Pekin hökumətinin 15 ildən sonra haqqında yenidən beynəlxalq axtarış elan etdiyi Şərqi Türkistanlı dini alim və mütəfəkkir Abdulkadir Yapçan haqqında irəli sürülən "seperatçı və terrorist" ittihamları tamamilə iftiradır, həqiqəti əks etdirmir".

DİGƏR XƏBƏRLƏR

Top