Dövlət Departamenti: ABŞ-ın Türkiyənin iqtisadi problemlərində rolu yoxdur

Türkiyənin iqtisadi problemlərinin Vaşinqtonun Ankaraya qarşı yürütdüyü siyasətlə heç bir əlaqəsi yoxdur.

Bu barədə ABŞ-ın Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bildirib.

“İqtisadçılar sizə deyə bilər: Türkiyədə baş verənlər ABŞ-ın hazırkı siyasəti, həmçinin bu və ya digər davranış çərçivəsi xaricindədir.

İqtisadi problemlər bizim iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq etməyimizdən sonra başlamadı”, - Nauert deyib.

O, həmçinin Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın Amerikanın elektron məhsullarını boykot edəcəklərinə dair bəyanatını şərh edib:

“Bunun həqiqətən də baş tutacağını təsdiq edə bilmərəm. Biz bunun Ankaranın real siyasəti olub-olmadığını anlamaq üçün gözləyəcəyik”.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top