Məşhur pilot “Formula-1”da karyerasını başa vurur

“Maklaren” komandasının ispaniyalı yürüşçüsü Fernando Alonso bu mövsümdən sonra “Formula-1” yarışında karyerasını başa vuracaq. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə idmançının özü “Twitter” səhifəsində yazıb.

F. Alonso yayımladığı videoda sükanı arxasında çıxış etdiyi bolidləri sadalayır. İdmançı videoçarxda “Formula-1”ə qarşı isti hisslər keçirdiyini etiraf edir.

Qeyd edək, F. Alonso 2001-ci ildən etibarən “Formula-1” yarışlarında iştirak edir. O, karyerası ərzində “Minardi”, “Reno”, “Ferrari” və “Maklaren” komandalarında çıxış edib. Pilot 303 yarışda 32 qələbə qazanıb. F. Alonso 2005 və 2006-cı illərin dünya çempionudur.

DİGƏR XƏBƏRLƏR

Top