Türkiyə iki yunan əsgərini azadlığa buraxdı

Türkiyənin Ədirnə şəhər məhkəməsi martda sərhədi qanunsuz keçdiklərinə görə saxlanılmış iki yunan əsgərini azad edib. Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, 5,5 aydan sonra sərbəst buraxılan hərbçilər həbssiz mühakimə olunacaqlar.

Yunan əsgərlər Türkiyə sərhədlərini tərk etməmək şərtilə azadlığa buraxılıb. Onlar üzərində məhkəmə prosesi davam edəcək.

Yunanıstanın Baş naziri Aleksis Tsipras iki yunan əsgərin buraxılması ilə əlaqədar sosial şəbəkədə açıqlama verib. O deyib: “Yunan əsgərinin azadlığa buraxılması bölgədəki dostluq, yaxşı qonşuluq və sabitliyi gücləndirməyə yardım edəcək ədalətli addımdır”.

Xatırladaq ki, Yunanıstan ordusunun leytinantı və giziri silahları ilə birlikdə Pazarkule rayonunda saxlanmışdı və Ədirnədəki Jandarmeriya qüvvələri komandanlığına çatdırılmışdı. Onlar “hərbi casusluğa təşəbbüs” və “qadağan olunmuş hərbi bölgəyə daxil olma” cinayətləri üzrə ittiham olunurlar.

DİGƏR XƏBƏRLƏR

Top