Ərdoğanın imtina etməyə çağırdığı “iPhone”lara türklər nə qədər pul xərcləyib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ABŞ-ın elektron mallarına boykot tətbiq edəcəyik. Onların “iPhone”u varsa, digər yanda da “Samsung” var, “Venüs” və “Vestel” var” sözlərindən sonra ölkənin mobil telefon bazarı diqqət mərkəzinə düşüb. Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ABŞ-ın “Apple” şirkətinin istehsal etdiyi “iPhone” smartfonları 2008-ci ildən bəri Türkiyədə satılır.

2008-ci ildən bəri, yəni 10 il ərzində Türkiyədə 10 milyona yaxın nəfər “iPhone” alıb. Başqa sözlə ölkədə hər 8 nəfərdən biri “iPhone” istifadə edib. İldə orta hesabla 12 milyon ədəd mobil telefon idxal edən Türkiyə 2007-2017-ci illər ərzində xaricdən ümumilikdə 142 milyondan çox mobil telefon idxal edib. Bu telefonlar üçün 10 il ərzində ödənən məbləğ cəmi 24 milyard dollar təşkil edib. Türkiyədə 10 ildə “iPhone” smartfonlarına isə ümumilikdə 7 milyard dollar xərcləndiyi təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top