"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv səfərdə Belarus BATE-si ilə üz-üzə gəlib.

"Borisov Arena"dakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İlk oyunda rəqibinə 0:1 hesabı ilə məğlub olan Ağdam təmsilçisi Çempionlar Liqası ilə vidalaşıb. “Qarabağ” Avropa Liqasının "play-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

14 avqust

21:00. BATE (Belarus) - "Qarabağ" (Azərbaycan) - 1:1

Qollar: Mirko İvaniç, 20 - Miçel, 54

Qırmızı vərəqə: İnnosent Emeqara, 77 ("Qarabağ")

Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)

Hakim-inspektor: Françesko Byanki (İsveçrə)

UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr)

Borisov. "Borisov Arena"

(Report)

DİGƏR XƏBƏRLƏR

Top