Lukaşenko sözə baxmayan hökuməti hədələdi

Belarus prezidenti Aleksandr Lukaşenko sənaye və tikinti nazirlərini istefaya göndərib. Dövlət başçısı həmçinin onun tapşırıqlarını yerinə yetirməyən digər nazirləri də işdən azad edəcəyi ilə təhdid edib.

“Bu həftə ərzində tərəfimdən formalaşdırılan kadr ehtiyatından hökumətin bütün rəhbərliyinin dəyişdirilməsinə dair təklif irəli sürülməlidir. Onları dinləməyimiz yetər, onlar da bizə nə qədər çətin olduğundan söz açacaqlar!”, - Lukaşenko deyib.

Belarus prezidenti Aleksandr Lukaşenko Vitebski vilayətinə səfəri zamanı hökumətin fəaliyyətini sərt tənqid edib.

Prezident qubernator Nikolay Şerstnevi məsuliyyətsizliyə və özbaşınalığa görə xəbərdarlıq edib, sənaye naziri Vitaliy Vovku, memarlıq və inşaat naziri Anatoli Çernovu isə istefaya göndərib.

Sənaye naziri Vitaliy Vovka qəzəblənən prezident ona Orşan alət zavoduna işləməyi təklif edib.

Prezident bundan əlavə Dövlət Hərbi Sənaye Komitəsinin və Təhlükəsizlik Şurasının dövlət katibinə xəbərdarlıq edib.

Dövlət başçısının sözlərinə görə, onun tapşırıqlarının yerinə yetirilməməsinin əsas səbəbi hökumətin bu tapşırıqlara ciddi yanaşmamasındadır. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top