"Palmali"yə məxsus gəmidə ekipajın həyatı üçün təhlükə yaranıb

Türkiyənin "Palmali" şirkətinə məxsus gəminin 9 aydır maaş almayan rusiyalı dənizçiləri çətin vəziyyətlə qarşılaşıblar, çünki limana daxil olmaq üçün vəsaitləri və yanacaqları yoxdur. Bu barədə TASS-a bazar ertəsi Rostov şəhər həmkarlar təşkilatının sədri Leonid Qluşak bildirib.

“Riroil 2” gəmisi Qara dənizdə Keçr boğazı rayonunda, 12 millik zonadadır, agentliyin müsahibi bildirib.

“Riroil 2” gəmisinin əməkdaşları təxminən doqquz aydır maaşlarını almırlar, orda 11-12 nəfərdir, - deyə, Qluşak bildirib. – Gəmidə minimum yanacaq var, tufan və ya ştatdankənar vəziyyət zamanı ekipaj təhlükəsiz yerdə gizlənə bilməyəcək, insanların həyatı üçün təhdid yaranıb”.

Onun sözlərinə görə, "Palmali"nin dənizçilər qarşısında borcu təxminən 200 min dollardır. Hazırda həmkarlar ittifaqı təşkilatı gəminin sahilə çəkilməsi məsələsini həll edir, Qluşak bildirib.

Rusiya dənizçiləri həmkarlar ittifaqının Azov-Don həmkarlar ittifaqı komitəsinin məlumatına görə, Palmalinin dörd gəmisi – “Riroil 5” (Azov limanında dayanmışdı), “Riroil 3” (Rostov-na-Donu limanı), “Adriatic Mariner” və “Riroil 2” gəmilərinin heyət üzvlərinə maaşlar verilməyib.

Bundan əvvəl Malta bayrağı altında üzən “Riroil 5” gəmisinin ekipajı Azov limanında reyddə dayanan zaman aclıq elan etmişdi. Nəqliyyat prokurorluğunun müdaxiləsindən sonra gəminin sahibi olan şirkət Azov və Rostov-na-Donu limanlarında dayanmış iki tankerin heyət üzvləri qarşısında 6 milyon rubldan çox borcunu bağladı və dənizçilər aksiyanı dayandırdılar.

“Riroil 2” gəmisi və qismən Türkiyənin Eregli limanında dayanmış “Adriatic Mariner” gəmisinin heyət üzvlərinin maaşları indiyədək ödənilməyib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top