Amerikalı diplomat rahib Bransonla görüşdü

ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkii Ceffri Hovinir Ankaranın terrorçulara yardım göstərməklə ittiham etdiyi amerikalı rahib Endryu Bransonla görüşüb. Yeniavaz.com-un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, görüş İzmir şəhərinin Aslancak rayonununda yerləşən evdə baş tutub. Rahib Branson məhkəmənin qərarı ilə orada ev həbsindədir.

C. Hovinir bildirib: “Biz indicə rahib Branson və onun həyat yoldaşı Norinlə görüşdük. Biz Türkiyə hakimiyyətini onu və yerli həbsxanalarda haqsız yerə saxlanılan digər şəxsləri azad etməyə çağırmağa davam edəcəyik”.

Xatırladaq ki, E. Branson PKK terror təşkilatı ilə əlaqələrinin olmasında ittiham edilərək 2017-ci ildə həbs edilib. O, iyulun 25-də ev həbsinə yerləşdirilib. Prokurorluq onun üçün 35 il müddətinə həbs istəyir.

DİGƏR XƏBƏRLƏR

Top