Azmış 3 yaşlı uşaq tapıldı və ailəsinə verildi - FOTOLAR

İyulun 30-da Şirvan şəhəri ərazisində 3 yaşlı oğlanın tək dolaşması Şirvan ŞPŞ-nin Post Patrul Xidmətinin ərazidə xidmət aparan əməkdaşlarının diqqətini cəlb edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com saytına verilən məlumata görə, polis əməkdaşları uşağa yaxınlaşaraq onun azdığını müəyyən ediblər. Daha sonra azyaşlı Şirvan ŞPŞ-yə gətirilərək onun ailəsinin axtarışına başlanılıb.

Qısa müddət ərzində uşağın valideynləri tapılaraq onlara təhvil verilib.

Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Şirvan ŞPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top