İtaliyada körpü uçdu: 35 ölü - VİDEO - YENİLƏNİB

Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Hadisə qurbanları barədə son məlumatları İtaliyanın nəqliyyat nazirinin müavini Eduardo Riksi verib.

"Onlar 70 metr yüksəklikdən düşüblər. Bu faciədir, əsl fəlakət", - deyə "Il Mattino" nəşri siyasətçinin sözlərini sitat gətirib.

Qəza nəticəsində onlarla insan ciddi xəsarət alıb. Onların arasında körpü uçan zaman üzərində olanlarla yanaşı, yaxınlıqda yerləşən və dağıntıya məruz qalan evlərin sakinləri də var. Onlarla insan itkin düşmüş hesab edilir.(Report)

15.51

İtaliyanın şimalında yerləşən Genuya şəhərində körpünün uçması nəticəsində onlarla insan ölüb.

Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Genuyadakı avtomobil körpüsü qismən dağılıb.

İnsident baş verən zaman körpüdə çoxlu avomobil olub. İlkin ehtimala əsasən, körpünün uçmasına səbəb daşıyıc konstruksiyaların zəifləməsi olub.

video

DİGƏR XƏBƏRLƏR

Top