Paşinyan: 1 mart hadisələrinin bütün günahkarları cavab verəcək

2008-ci il 1 mart hadisələrinin bütün günahkarları qanun qarşısında cavab verəcəklər.

Yenavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində çıxdığı canlı efirdə deyib.

Onun sözlərinə görə, Ermənistanda xalq hakimiyyətinin əksinə gedə biləcək qüvvə yoxdur: “Xalq inqilabının qələbəsini dayandırmağı bacaracaq qüvvə yoxdur. Kim onun yoluna çıxarsa, tarixin zibiliyyində gedəcək”.

N. Paşinyan qeyd edib ki, Ermənistanda qanuniliyin qurulmasının alternativi yoxdur, dövlət və xalqa qarşı cinayət törədən bütün insanlar məsuliyyətə cəlb olunacaqlar: “Lakin məsuliyyətə cəlbetmə prosesində hakimiyyətin özü də az məsuliyyət hiss etmir. Biz dövlət, cəmiyyət və xalq qarşısında böyük məsuliyyət hiss edirik. Biz xalqın verdiyi səlahiyyətləri heç bir halda aşmayacağıq. Başqalarının qanunsuzluğunu öz qanunsuzluğumuzla əvəz etmək istəmirik”.

Xatırladaq ki, 2018-ci il martın 1-də ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı zor tətbiq edilməsi nəticəsində bir neçə dinc etirazçı ölmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top