Sərxoş sürücü ABŞ-da 2 polisi belə güllələdi - VİDEO

ABŞ-da sürücünün 2 yol polisi əməkdaşını güllələməsini əks etdirən video yayılıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2017-ci ilin noyabr ayında baş versə də, video ictimaiyyətə indi açıqlanıb. Səbəb məhkəmənin hadisə ilə bağlı araşdırma aparması olub.

İnsident nəticəsində yaralanan polislərdən biri ölsə də, digəri sağ qalıb.

KİV-in yazdığına görə, hadisəni törədən sürücü Deniel Kleri içkili olub və yol polislərinə tabesizlik göstərib. Yol polisləri Set Kelli və Rayn Seipl onun qolunu qandallamaq istəyərkən, D. Kleri onlara mane olub.

Polislərin ona elektroşok verməsindən, yumruq zərbələri ilə vurmasından əsəbiləşən sürücü, avtomobilindəki silahla yol polislərini güllələyib və ərazidən qaçıb.

İnsident yol polisi avtomobilindəki kamera vasitəsi ilə qeydə alınıb.

Yaralı polislər xəstəxanaya çatdırılsalar da, Set Kelli bir müddət sonra komaya düşüb və 25-ci gün dünyasını dəyişib.

Bu hadisə baş verənədək Deniel başqa cinayətlər törətdiyi üçün axtarışda olub.

Aparılan araşdırmalar yekunlaşıb və məhkəmə avqustun 31-də Denielə hökm oxuyacaq.

yol polisi

DİGƏR XƏBƏRLƏR

Top