Ərdoğan: Onların “iPhone”u varsa, digər tərəfdə də “Samsung” var

Necə oldu ki, dollar türk valyutasına nisbətdə 4,8 lirə səviyyəsindən 7 lirə səviyyəsinə yüksəldi? 15 iyulun səhəri 2,8 lirə səviyyəsində olan məzənnənin 4,8 lirə həddinə qalxmasını necə izah etmək olar? Burada bir anormallıq var.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bu problemə başqa tərəfdən baxmaq lazımdır: “Məsələnin iqtisadi tərəfinin qlobal xarakter daşıdığı aydındır. Amerika təkcə ölkəmizi deyil, Çindən Rusiyaya, İrandan Avropayədək bir çox yeri iqtisadi baxımdan hədəf alıb. Qonşusu Kanadanı hədəf alıb. Ancaq bu vəziyyət ölkəmizdə baş verənləri izah etməyə kifayət etmir. Deməli ölkəmizə qarşı daha dərin əməliyyat var. Son 16 ildə ölkə iqtisadiyyatını 3,5 dəfə artırdıq, satınalma nisbətinə görə 13-cü böyük iqtisadiyyata sahibik”.

R.T. Ərdoğan qeyd edib ki, yaşanan proses Türkiyəyə müəyyən maddi zərər vuracaq: “Ancaq Türkiyəyə qarşı iqtisadi əməliyyatları həyata keçirənlər də şübhəsiz zərər görəcəklər. Bu gün iqtisadi azadlığımızı imkanlarımızı səfərbər edərək qoruyacağıq”.

Türkiyə Prezidenti iş adamlarına səslənərək deyib: “Daha çox istehsal edəcəyik, daha çox ixrac edəcəyik. Anbarları qıfıllamanın bir mənası yoxdur. İxrac, ixrac, ixrac. İstehsalı dayandırmaq çox ciddi səhv addım olardı. İstehsal, istehsal, istehsal. Daha çox iş yeri açacağıq, daha çox tər tökəcəyik. Xaricdən valyuta ilə aldığımız məhsulun daha yaxşısını və keyfiyyətlisini istehsal edib xaricə satacağıq. Amerikanın elektron mallarına boykot tətbiq edəcəyik. Onların “iPhone”u varsa, digər tərəfdə də “Samsung” var. Öz ölkəmizdə “Venüs Vestel” var. Biz bunları tətbiq edəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top