İrəvanda Koçaryanın azad edilməsi əleyhinə etiraz aksiyası keçirilir

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın təqribən 100 əleyhdarı nümayişə çıxıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlar İrəvan Apellyaiya Məhkəməsinin eks-prezidentin azad edilməsi haqqında qərarına qarşı etiraz edirlər.

Aksiya R. Koçaryanın ofisinin yerləşdiyi Erebuni mehmanxanasının binası qarşısında keçirilir. Aksiya iştirakçılarından biri deyib: “Robert Koçaryan cinayətkardır və həbsdə qalmalıydı. Burada toplaşmışıq ki, məhkəmənin qərarından narazı qaldığımızı bildirək”.

Bu arada etirazçılar R. Koçaryanın iştirakı ilə keçiriləcək mətbuat konfransı zalına zorla soxulublar. Onların sayı bir neçə on nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top