Dünyanın ən komfortlu şəhərləri seçildi - SİYAHI

“The Economist” qrupunun tərkibinə daxil olan “Economist Intelligence Unit” tədqiqat agentliyi yaşayış üçün ən komfortlu dünya şəhərlərinin illik reytinqini hazırlayıb.

Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, son yeddi ildə ilk dəfə Avropa şəhəri Vyana siyahının birincisi olub.

Komfortluq indeksinin tərtib edildiyi meyarlara səhiyyənin səviyyəsi, sabitlik və təhlükəsizlik, şəhər mühitinin inkişafı, təhsil, mədəniyyət mühiti daxildir. Hər bir göstərici üzrə maksimum 100 bal verilir. Vyana mədəniyyət və ətraf mühit meyarlarından başqa, bütün göstəricilər üzrə 100 bal toplayıb.

Bunadək yeddi il ərzində reytinqdə birinci yeri Avstraliyanın Melburn şəhəri tutub. Melburn bu dəfə ikinciliklə kifayətlənib. Reytinqin ilk üçlüyünü isə Yaponiyanın Osaka şəhəri tamamlayır. Kanadanın Kalqari şəhəri dördüncü, Avstraliyanın Sidney şəhəri isə beşinci yerdə qərarlaşıb.

Siyahının antirekordçusu Dəməşq olub. Suriyanı paytaxtı 30,7 balla sonuncu, 140-cı yeri tutub. Siyahı üzrə ondan yuxarı Dəkkə (Banqladeş) və Laqos (Nigeriya) yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top