Bakıda tikinti şirkətinin küçəyə yapışdırdığı banner gülüş doğurub - FOTO

Bakıda tikinti şirkətinin küçəyə yapışdırdığı vinil banner gülüş doğurub.

Yeniavaz.com xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə paylaşılıb və istehza ilə qarşılanıb.

Fotodan belə aydın olur ki, tikinti şirkətlərindən biri paytaxtda iş görəcəyi ərazini hasara alıb, ancaq hasarın üzərinə yazılmış üzrxahlıqdakı orfoqrafik səhvlər tənqidlərə məruz qalıb.

Səhv yazılmış cümlə belədir: "Müveqeti narahatcılığa görə üzür istəyirik".

Tanınmış teleaparıcı, natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu da tikinti şirkətini bu səhvə görə tənqid edib: "Hörmətli çap şirkətləri, sizin orta məktəbi 5-ci sinfə qədər oxuyan bir tanışınız yoxdurmu? Çapdan əvvəl mətni ona göndərəsiniz, xahiş edəsiniz ki, ona baxsın, sonra çapa verəsiniz? Lap siz çap elədiniz, bunu qəbul edən, milyonlar qazanan MTK-lar, siz hara baxırsınız? Pul zad istəmirəm, heç olmasa, mənə "inbox"dan göndərin, baxım. Ya da başqa birinə yollayın, gözümüzü və özümüzü yormayın! Necə olur, 2 cümləni yazmağı bacarmırsan, amma milyonluq evlər tikirsən",-deyə C. Nəzəroğlu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top