Xüsusi İstintaq Xidmətindən Köçəryanın azad edilməsinə etiraz

“Yerevan Apellyasiya məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir”. Yeniavaz.com Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti bəyanat yayıb.

“Apellyasiya məhkəməsinin Robert Köçəryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Ümid edirik ki, Baş Prokurorluq bu qərardan Kassasiya məhkəməsinə şikayətlə müraciət edəcək”, - qurumun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Yerevanın Apellyasiya məhkəməsi bu gün konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Kəçəryanı toxunulmazlığı ilə əlaqədar azad edib.

DİGƏR XƏBƏRLƏR

Top