ABŞ prezidenti Donald Tramp 2019-cu il üçün 716 milyard dollarıq müdafiə büdcəsini təsdiq edən sənədə imzalayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, imzalanma mərasimi Nyu-York ştatının "Fort Dram" hərbi bazasında baş tutub. Tramp bu sənədi imzalamaqla konqresin beşinci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü dondurulması qərarını təsdiqləyib.
Xatırladaq ki, ABŞ Konqresi Türkiyə F-35 qırıcılarının Türkiyəyə tədarükünü müvəqqəti dayandırılması ilə qərar qəbul etmiş və bu qərar 2019-cu il üçün müdafiə büdcəsinin sonuncu variantına da əlavə edilmişdi. Konqres bu addıma səbəb kimi Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini almaq qərarını göstərmişdi.
Türkiyənin “F-35” proqramından tamamilə çıxarılıb-çıxarılmamasına dair yekun qərar Pentaqonun hazırlayacağı hesabatdan sonra veriləcək.