Orxan Camalı və digərlərini ölümə aparan sürücü həbsə atıldı

Mərkəzi Afrika Respublikasında (MAR) öldürülən rusiyalı jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun sürücüsü həbsxanaya yerləşdirilib. Yeniavaz.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya səfirliyindən deyiblər.

Sürücünün təhlükəsizlik düşüncəsi ilə həbsxanaya salındığı bildirilir. Hələlik o, iş üzrə şahid qismində keçir. İstintaq tədbirləri halında sürücüylə görüşə bilmək və onun həyatını təhlükəyə məruz qoymamaq üçün sürücünun azadlığı məhdudlaşdırılıb.

Xatırladaq ki, jurnalist O. Camal, rejissor A. Rastorquyev və operator K. Radçenkonun iyulun 30-da MAR-da həlak olublar. Onlar “Vaqner” özəl hərbi şirkət haqqında sənədli film çəkmək üçün bu ölkəyə yollanmışdılar. Yerli mətbuata əsasən, onların qətlində “Seleka” hərbiləşdirilmiş qruplaşmanın əli ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top