İş axtaranların nəzərinə: Almaniyada 1 milyondan çox boş iş yeri var

Hazırda Almaniyadakı şirkətlərdə 1 210 000 vakansiya açılıb. Əməkdaşın axtarışı orta hesabla 82 gün davam edir. Yeniavaz.com-un DW telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əmək Bazarı və Karyerası Araşdırmaları İnstitutunun məlumatında deyilir.

Bildirilir ki, hazırda Almaniyada 1 milyondan çox iş yeri boşdur. İşçilərə ən çox səhiyyə, istehsalat sektorunda, tikinti və logistika sahələrində ehtiyac var. Bu vakansiyaların 940 mini ölkənin qərb hissəsində yerləşən şirkətlər tərəfindən təqdim olunub. Qalan 270 min vakansiya isə şərqdə təklif edilir.

Kadr çatışmazlığı ən çox əməkdaşı sayı doqquzadək olan firmalarda kəskin hiss olunur. Personalın axtarışı zamanı yaranan əsas problem vakansiya üçün verilən ərizələrin çox az sayda olması və namizədlərin ixtisasının çatışmazlığıdır.

DİGƏR XƏBƏRLƏR

Top