Əl-Bağdadi ağır yaralıdır

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr əl-Bağdadi ağır yaralandıqdan sonra yatağa bağlı yaşayır və faktiki olaraq qruplaşmanı idarə etmir.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraq kəşfiyyatındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, əl-Bağdadi iyunda İraq Hərbi Hava Qüvvələrinin Suriya kəndlərinin birinə endirdiyi hava zərbələri zamanı yaralanıb. Təyyarələr radikalların yığıncaq yerinə zərbələr endiriblər. Bir neçə terrorçu həlak olub, qalanarı isə o cümlədən əl-Bağdadi ağır yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top