Ərdoğan: Türkiyə iqtisadi mühasirədədir

Türkiyə digər sahələrdə olduğu kim iqtisadiyyatda da mühasirə ilə üz-üzə qalıb.

Yeniavaz.com-un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə gör, son bir neçə həftə ərzində yaşanan hadisələr hamıya bu həqiqəti bird aha göstərib: “Gezi hadisələri ilə başlayan, 17-25 dekabr prosesi ilə davam edən və 15 iyul dövlət çevrilişilə üst mərhələyə çıxan hücumların bir müddət davam edəcəyi aydındır. Türkiyənin milli şərəfini, şəxsiyyətini hədəf alan bu hücumların fərqli formalarına qarşı da hazır olmalıyıq”.

R.T. Ərdoğan əlavə edib: “İqtisadiyyatda yoxsulların ruzisini maliyyə lobbilərinə peşkəş edilməsinə gözümüzü yummadıq. Hamı təsbit edir ki, valyuta məzənnəsi ilə bağlı hadisələrin heç bir iqtisadi əsası yoxrur və ölkəmizə hücum mahiyyəti daşıyır. Bu gün yaşadığımız hadisələrin 1994, 2001, 2007-ci il böhranları ilə heç bir əlaqəsi yoxdur. Həqiqətən də tam başqa bir vəziyyətlə üzləşmişik. Bu hadisələrə qarşı müxtəlif planlarımız var. Türkiyənin iqtisadi dinamikləri sağlam və güclüdür. Valyutanın məzənnəsi ən qısa müddət ərzində iqtisadi qaydalar çərçivəsindəki məqbul səviyyəsinə qayıdacaq. Heç narahat olmayın”.

DİGƏR XƏBƏRLƏR

Top