İran yeni nəsil ballistik raketini göstərib - FOTOLAR

İran hərbçiləri “Fateh Mubee” adlı yeni nəsil ballistik raketini nümayiş etdiriblər.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran Müdafiə Nazirliyindən deyiblər.

Təqdimatda İranın müdafiə naziri Əmir Hatəmi də iştirak edib. O, yeni raket üzərində işin başa çatması ilə ordunu və hərbi konstruktorları təbrik edib: “Hazırda bizim sənayemiz ölkənin müdafiə sahəsində müxtəlif tələbatlarını təmin edir”.

Bununla belə, raketin texniki göstəriciləri açıqlanmır.

DİGƏR XƏBƏRLƏR

Top