Ərdoğan Putindən kömək istəyib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon söhbəti zamanı türk iqtisadiyyatındakı problemlərlə bağlı rusiyalı həmkarından hansısa kömək istəməyib.

Yeniavaz.com-un TASS agentiyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

O bildirib: “Xeyr, heç bir xahiş (Ərdoğandan kömək haqqında) daxil olmayıb”. İki liderin avqustun 10-da baş tutmuş telefon danışığının məzmununa gəlincə, Kreml nümayəndəsi qeyd edib ki, ikitərəfli iri layihələr, o cümlədən energetika sahəsindəki “Türk axını” qaz kəməri və “Akkuyu” AES layihələri müzakirə olunub: “Bizim həm də birgə investisiya fondumuz var, onu konkret fəaliyyətlə doldurmaq lazımdır. Çoxşaxəli ticari-iqtisadi əlaqələrimiz var, şirkətlər qarşılıqlı əsasda fəal işləyirlər. Bax, bu məsələlər ənənəvi müzakirə olunur (liderlər tərəfindən)”.

D. Peskovun sözlərinə görə, Türkiyə iqtisadiyyatındakı problemlər Rusiya ilə olan ikitərəfli layihələrə heç cür təsir etmir: “Mənə məlum deyil ki, bu vəziyyət (Türkiyə iqtisadiyyatında) necəsə (Rusiya ilə) layhələrin inkişafna təsir edə bilər”.

O əlavə edib ki, R.T. Ərdoğan bu yaxınlarda V. Putinlə apardığı telefon söhbəti zamanı türk iqtisadiyyatındakı problemlərlə bağlı rusiyalı həmkarından hansısa kömək istəməyib. “Türkiyədən müvafiq xahiş daxil olsa, Rusiya Türkiyəyə yardım edə biləcəkmi” sualına gəlincə, D. Peskov bu cür fərziyyəyə əsaslanan mülahizəni mümkünsüz hesab etdiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top