Mərkəzi Bank türk lirəsini xilas etmək üçün təcili addımlar atır

Türkiyə Mərkəzi Bankı (TMB) ölkənin maliyyə sabitliyini qorumaq üçün görəcəyi tədbirləri açıqlayıb. ABŞ-ın Türkiyədən idxal edilən polad və alüminium üzrə rüsumları artırması fonunda türk lirəsinin məzənnəsinin çökməsinə görə Ankara bu addımı atmağa məcbur olub.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, TMB banklar üçün təhdidlərin aradan qaldırılması məqsədilə maliyyə təşkilatlarını öz ehtiyatları hesabına zəruri likvidliklə təmin etmək qərarına gəlib. Bundan başqa, Mərkəzi Bank banklar üçün 1 ay müddətinə valyuta kreditləri almaq imkanı yaradıb.

Eyni zamanda, türk lirəsi ilə əməliyyatlar üçün xarici valyutada olan bank zəmanətlərinin həddi təqribən 3 dəfə - 7,2 milyard avrodan 20 milyard avroyadək artırılıb. TMB müəyyən şərtlər halında özəl banklara 50 milyard dollar səviyyəsində müəyyən edilmiş valyuta ehtiyat həddini artırmağa icazə verib.

Bazarın sabitləşdirilməsi üzrə tədbirlər çərçivəsndə maliyyə strukturlarına ayrılan vəsaitlərin həcmi 10 milyard türk lirəsi (təxminən 1,45 milyard dollar), Amerika valyutasında 6 milyard dollar və qızıl ehtiyatları 3 milyard dollar təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top