İran öz neftini endirimlə satacaq

İran özünün Asiyadakı müştərilərinə nefti endirimlə satmaq niyyətindədir.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Neft Nazirliyindəki mənbə deyib.

Mənbə bildirib ki, müştərilər üçün endirim dünya bazarında normal təcrübədir: “Bütün istehsalçılar bu praktikaya əl atırlar. Hazırda neftin satışı üçün uzunmüddətli müqavilələr razılaşdırılır”.

Onun sözlərinə görə, digər bazarlarla müqayisədə Asiya bazarı böyük əhəmiyyət kəsb edir: “Çünki burada Hindistan və Çin kimi nəhəng iqtisadi oyunçular yerləşir. Bu ölkələr sürətlə inkişaf edirlər, buna görə də onlar neftə olan tələbatlarını artırırlar”.

DİGƏR XƏBƏRLƏR

Top