“iPhone” pasport kimi istifadə olunacaq

“Apple” şirkəti “iPhone” smartfonu vasitəsilə məlumatların qorunan texnologiya ilə ötürürülməsi üzrə patent sifarişi verib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Patent və əmtəə nişanələri bürosu sifarişi qeydiyyata alıb.

Gələcəkdə smartfondan şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi, işə buraxılış və digər sənədlər qismində istifadə edilməsi gözlənilir. Məlumatlar RFID və ya NFC texnologiyalarının köməkliyi ilə həyata keçiriləcək. Həmin texnologiyaların təhlükəsizliyini xüsusi təhlükəsizlik protokolu, üz və barmaq izlərinin tanınması üçün sensorlar təmin edəcəklər. Bu texnologiyaların tətbiqi radiosiqnallar üzərindən istifadəçilərin məlumatlarını yazmağa və təsbit etməyə imkan verir.

DİGƏR XƏBƏRLƏR

Top