"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

Azmış 3 yaşlı uşaq tapıldı və ailəsinə verildi - FOTOLAR

Fədayə Laçının bacısı istintaqa etiraf edib - "Məndən vaqon açarı tapmağımı istəyirdi"

çərşənbə, 15 avgust 2018
RU EN TR
EN TR RU

HADİSƏ

Biçilmiş taxıl sahələrini yandıran daha iki nəfər saxlanıldı

10.08.2018 13:51

Tərtər rayonunda bişilmiş taxıl sahələrini yandıran iki nəfər saxlanılıb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bürünc və Qarağacı kəndlərində əkinə yararlı torpaq sahələrini yandıran rayon sakinləri müəyyən edilərək saxlanıb.

Tərtər rayon sakinləri - Rahim Fərman oğlu Qurbanov və Sirac Muxtar oğlu Babayev törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, özlərinə məxsus biçilmiş taxıl sahəsində yanğın torətmələrinə səbəb növbəti əkinə hazırlıq işlərinin görülməsi olub.

Tərtər Rayon Polis Şöbəsinin təhqiqatcısı Natiq Şirinovun"Report"un yerli bürosuna verdiyi məlumata görə, yanğın hadisəsini törədən şəxslər ekologiyaya ziyan vurmaqla bərabər, torpağın üst münbit qatına da ziyan vurublar. Bununla da həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti Tərtər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilib.

Oxundu 135