Dünyanın ən uğursuz əmlak müqaviləsi

İnsanlar şəxsi mənzilə və yaşayış yerinə sahib olmaq üçün bütün mümkün variantlardan istifadə etməyə çalışırlar. Mənzilə sahib olmağın ən “ucuz” üsulu yaşlı təqaüdçülərin hələ sağ ikən “qayğılarına” qalmaq və onlar dünyasını dəyişdikdən sonra onun mənzilinə sahib olmağı özündə əks etdirən müqavilədir. Belə ki, yaşlı şəxslər bunu etməyə hazır olan insanlarla müqavilə imzalayır və onlar yaşlı şəxsi dünyasını dəyişənə qədər maddi cəhətdən təmin etmək öhdəliyini üzərilərinə götürürlər. O dünyasını dəyişdikdən sonra isə onun mənzilinə sahib olurlar.

1965-ci ildə 44 yaşlı vəkil Fransua Raffre də məhz bu sərfəli üsuldan istifadə etmək qərarına gəlir. Ya da bu ona elə gəlirdi… Həyat Raffre-ni heç bir varisi olmayan və ona qulluq etməsi qarşılığında dünyasını dəyişdikdən sonra Arle şəhərində yerləşən mənzilini ona verməyə razı olan 90 yaşlı Janna kalman ilə qarşılaşdırır. Onların razılaşmasına əsasən, Raffre hər ay Janna Kalmana 2500 fransız frankı ödəməli, qarşılığında isə Janna Kalman dünyasını dəyişdikdən sonra mənzilini ona miras qoymalı idi.Dünyanın

Madam Kalman sağlam görünməsinə baxmayaraq, həddindən artıq çox siqaret çəkirdi. Vəkil dərhal belə hesablayır ki, yaşlı qadının bu gedişlə ölümünə çox az zaman qalıb, evin bazar dəyəri isə 10 illik ödənişə bərabər idi. Daha doğrusu, qadının ölümündən sonra mənzili çox yaxşı qiymətə satmaq olardı. Lakin Fransua Raffre bir cəhəti nəzərə almamışdı ki, Kalman uzunömürlülüyünə görə dünya rekordu qıracaq. Belə ki, o müqavilədən sonra daha 32 il ömür sürmüşdü.

Beləliklə, sözügedən mənzil Raffrenin ailəsinə 3 dəfədən baha qiymətə nəsib olmuşdu. Vəkilin özü isə bu ana qədər yaşaya bilməmişdi. Belə ki, o 77 yaşında dünyasını dəyişir. Bu zaman Madam Kalmanın 120 yaşı var idi. Geri qalan məbləği vəkilin həyat yoldaşı ödəyirdi. Kalman bu hadisəyə “Həyatda bəzən uğursuz müqavilələr” olur deyə şərh bildirmişdi.

Madam Kalman 4 avqust 1997-ci il tarixində dünyasını dəyişir. Bu zaman onun 122 yaşı var idi. Daha sonradan vəkil Raffrenin həyat yoldaşı verdiyi müsahibəsində bildirmişdi ki, “Madam Kalman böyük şəxsiyyət idi. Mənim yoldaşımın onunla münasibəti çox yaxşı idi. Janna Kalmanın sağlamlığı unikal idi”.

O 95 yaşında siqaret çəkməyi tərgitdi. 100 yaşına qədər qılınc oynatma ilə məşğul olur, velosiped sürürdü. Ölümünə qədər parlaq şüurunu qoruyub saxlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top