islahatlar-derinlesecek-artiq-muvafiq-gosterisler-verilib

“İslahatlar dərinləşəcək, artıq müvafiq göstərişlər verilib”

qazaxda-bir-gecede-uc-nefer-bicaqlandi

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

azerbaycanda-is-qurmaga-gelen-ecnebi-eziyyet-cekib-bizim-dilimizi-oyrenmelidir

"Azərbaycanda iş qurmağa gələn əcnəbi əziyyət çəkib bizim dilimizi öyrənməlidir"

çərşənbə, 20 mart 2019
AZ RU EN TR

CƏMİYYƏT

Ailəsi bir həftədir bu qızı axtarır - 16 yaşlı Rəsmiyyə yoxa çıxıb

10.08.2018 11:45 Oxundu 671

Gəncə şəhərində 16 yaşlı qız itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Gəncə şəhər sakini, 2002-cı il təvəllüdlü Rəsmiyyə Kərimova avqustun 3-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 168 sm, arıq bədən quruluşlu, uzun qara saçlara malik, gözlərinin rəngi qara. Rəsmiyyə Kərimova evdən çıxarkən əynində tünd yaşıl rəngli don, ayağında sarı rəngli yay ayaqqabısı və qara rəngli çanta olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-256-07-53, 022-266-33-75 şəhər və (055) 331-24-24, (050)314-14-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Vüqar Nəbiyev, Gəncə