qazaxistanin-yeni-prezidenti-and-icdi

Qazaxıstanın yeni prezidenti and içdi

islahatlar-derinlesecek-artiq-muvafiq-gosterisler-verilib

"İslahatlar dərinləşəcək, artıq müvafiq göstərişlər verilib"

qazaxda-bir-gecede-uc-nefer-bicaqlandi

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

çərşənbə, 20 mart 2019
AZ RU EN TR

HADİSƏ

Bakıda restoranda baş verən silahlı insidentlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

10.08.2018 11:34 Oxundu 1123

Daxili İşlər Nazirliyi ötən gecə Bakıda kafelərdən birində baş verən güllələnmə faktı ilə bağlı məlumat yayıb.

Yeniavaz.com saytı DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatda deyilir: "Avqustun 9-da Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafelərdən birində naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Namiq Allahverdiyevə və Elxan Kərimova xəsarət yetirib. Nəticədə N.Allahverdiyev ölüb, E.Kərimov isə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin üstü “isti izlər”lə açılıb. Qətli törətməkdə şübhəli bilinən şəxsin həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Hikmət Abbasquliyev olması müəyyən edilib və o, görülmüş tədbirlərlə tutulub.
​H.Abbasquliyevdən 1 ədəd nömrəsi silinmiş “AKMS” markalı silah, 17 ədəd patron və 1 ədəd patron darağı maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hadisənin digər iştirakçıları müəyyən edilib və onların da tutularaq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

insident

restoran