Deyəsən, şou-proqramlar azlıq edir, müğənnilər indi də veriliş açırlar - SİYAHI

Azərbaycan telekanallarının müğənnilə efirlərdə geniş yer vermələrinə münasibət birmənalı deyil. Elə sosial şəbəkələrdə də bu mövzuda tez-tez tənqidlərə rast gəlirik. İradını bildirənlərin çoxu efirlərin şou-biznes verilişləri ilə "bəzədilməsini" tənqid edir, intellektual verilişlərə üstünlük verilməsinin vacib olduğunu bildirirlər. Ancaq maraqlısı budur ki, çoxlarının tənqid etdiyi bu verilişlər izlənmə rekordu qırır. Qəribə təzaddır - əgər tamaşaçılar belə verilişləri istəmirlərsə, onda baxanlar kimdir?

Şou-biznes nümayəndələrinin iştirak etdikləri verilişlər çox baxıldığından telekenallar özləri də müğənniləri efirlərə dəvət etməkdə maraqlı görünürlər.

Müğənnilər isə efirdə çox görünməkdən ikiqat qazanırlar. Birincisi, gündəmdə qalırlar, ikincisi verilişlərdə çox göründükcə toy sifarişlərinin sayı, aldıqları qonorarın məbləği artır. Odur ki, son dövrlər efirdə aparıcılıq edən müğənnilərin sayı çoxalır.

Əksəriyyəti intellektuallıqdan uzaq olan bu verilişlərin efirlərdə yaxın gələcəkdə sayının daha da artacağı gözləniləndir.

Yeniavaz.com saytı hazırda və müxtəlif vaxtlarda efirlərdə aparıcılıq edən müğənnilərin siyahısını təqdim edir.

1. Müğənni Nazənin "Lider" telekanalında veriliş aparır. Onun verilişi "Dostlar bizi unutmayın" adlanır.

2. Müğənni Roza Zərgərli "Bakı vaxtı ilə" proqramında aparıcılıq edir. Veriliş "Lider" telekanalında yayımlanır.

3. Müğənni Əli Mirəliyev ARB TV-də Elgiz Əkbərlə bərabər aparıcılıq edir. Onların verilişi "Səhər-səhər" adlanır.

4. Müğənni Rəşad İlyasov "Yaradanlar və yaşadanlar verilişinin aparıcısıdır. Veriliş Azərbaycan Dövlət Televiziyasında yayımlanır.

5. Aşıq Zülfiyyə Sumqayıtın "Dünya" telekanalında veriliş aparır. Veriliş "Ozan dünyası" adlanır.

6. Müğənni Könül Kərimova "Lider" telekanalında veriliş aparır. Veriliş "Bir könüldən" adlanır.

7. Müğənni Sərxan Kərəmoğlunun "Lider" telekanalında yayımlanan verilişi "Nə olsun" adlanır. Müğənni bundan əvvəl həmin kanalda "Evimin qonaqları" verilişinin aparıcısı idi.

8. Aşıq Namiq Fərhadoğlu "Köklə sazı" müsabiqəsinin ideya müəllifi, aparıcılarından biridir.

9. Müğənni Xatun Əliyeva ATV telekanalında yayımlanan "Zarafat-zarafat" adlı proqramın aparıcısı olub.

10. Müğənni Elnarə Xəlilova da tez-tez efirlərdə aparıcı kimi görünür. E. Xəlilova uzun müddət "Space" telekenalında efirə gedən "Xanımlar saatı" adlı proqramının aparıcısı olub.

11. Müğənni Günel Ələkbərova (Pişik Günel) ARB TV-də "Yeməyə nə var?" verilişində aparıcılıq edib.

12. Xalq artisti Nisə Qasımova ATV-də "Mənim dünyam" adlı veriliş aparıb. N. Qasımova "Xoş vaxt olun" adlı verilişin aparıcılığını da edib.

13. Əməkdar artist Zöhrə Abdullayeva ATV-də yayımlanan "Duz və istiot" verilişinin aparıcısı olub.

14. Müğənni Samir Piriyev ATV telekanalında yayımlanan "Necə varsa" adlı verilişin aparıcısı idi. Veriliş müəyyən səbəblərdən bağlanıb.

15. Müğənni Rəqsanə İsmayılova qızı Aysunla birgə veriliş aparacağını bildirmişdi. "Yar" adlanacaq veriliş nədənsə efirə getməyib.

DİGƏR XƏBƏRLƏR

Top