23 dəqiqəyə 255 kabab yedi - VİDEO

Türkiyəli qız Seren Yılmaz 23 dəqiqə ərzində 255 ədəd ət kababı yeyib.

Yeniavaz.com-un “RİA Novosti” saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı qızın cəmi 44 kiloqram çəkisi var.

Buna görə də Antalya restoranlarının biri ən tez kabab yemə üzrə müsabiqə keçirmək qərarına gələndə qızı əvvəlcə iştirakçılar arasına almaq istəməyiblər.

Lakin S. Yılmaz hamını təəccübləndirməyi bacarıb. O, nəinki müsabiqədə qalib gəlib, hətta çörək və digər çərəzlərdən imtina edib.

video

DİGƏR XƏBƏRLƏR

Top