Anar Nağılbaz vəfat edib

Azərbaycanı replə tanış edən Anar Nağılbaz vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib: “Əslində heç münasibətim yox idi, “Maşın” şouda görmüşdüm. İndi Ceyhun Qala yazdı, Anar Nağılbaz vəfat edib. Amma kaş ki, övladlarına sahib çıxardı. Təzə arvad almaq ona düşmədi”.

Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva REAL TV-ə açıqlamasında oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.

Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb.

1991-ci ildə “Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə “Kirpi” jurnalının, 1993-1995-ci illərdə “Naxçıvan” qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də “Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.

Allah rəhmət etsin!

DİGƏR XƏBƏRLƏR

Top