Maykl Pens: "Tramp sülhə nail olmaq naminə öz siyasi nüfuzunu riskə atıb"

Rusiya lideri Vladimir Putinlə görüşə gedən ABŞ Prezidenti Donald Tramp şəxsi siyasi iddialar naminə dünyanı təhlükə altında qoymamaq üçün sülhə nail olmaq naminə bilərəkdən öz siyasi nüfuzunu riskə atıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens deyib.

O bildirib: “Amerika xalqı bu həftə uğurlu xarici səfərdən sonra Prezidentin (Trampın) qayıdışının şahidi oldu. O bizim müttəfiqlərimizlə və hətta Rusiya Prezidenti ilə görüşlər keçirdi. Tramp siyasət naminə sülhü riskə atmaqdansa, sülh naminə siyasi nüfuzu ilə riskə getməyə hazırdır. Mən burada Tennessidə vəd verirəm: Prezident Tramp həmişə sülhə can atacaq, lakin Ağ evin dövründə (onun administrasiyasında) bu sülh həmişə güc vasitəsilə olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top