Atatürkü söyən qadın həbs edildi

Ankarada Atatürkü təhqir edən qadın saxlanılıb. "Anıtqəbir"də Atatürkü təhqir edən S.İ. adlı qadının haqqında cinayət işi başladılıb.

Xatırladaq ki, qadının Atatürkə etdiyi təhqirlərin videogörüntüsü sosial şəbəkələrdə yayılıb.

Şəbəkə istifadəçilərinin tənqidlərindən sonra qadın digər bir video yazaraq, dostu ilə dalaşdığı üçün bu addımı atdığını deyib: "Mən dini və siyasi fikirlərimi Atatürkçü bir dostum ilə paylaşdım və mənə hörmət etmədi. Dalaşdıq və mən əsəbiləşdim. Mən Atatürkə hörmət etməsəm, "Anıtqəbir"ə getmərəm. Ancaq dostuma hirsləndiyim üçün pis ifadələr işlətdim. Bu videonu da çəkib, sadəcə ona atdım. O da sosial şəbəkə hesabından paylaşıb və video getdikcə yayılıb".

Qadın etdiyi əməldən peşman olduğunu və hər kəsdən üzr istədiyini də qeyd edib. (Sputnik)

DİGƏR XƏBƏRLƏR

Top